Alma sirkəsinin faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 887
Səs ver:
(səs: 1)
Alma sirkəsinin orqanizmə bir çox faydaları var. Ondan həm səhhətinizdəki bəzi problemləri aradan qaldırmaq, həm də saçlarınıza və üz dərinizə qulluq üçün istifadə edə bilərsiniz.

Baş ağrısı:
Qaba eyni miqdarda su və alma sirkəsi töküb, odun üstünə qoyun. Su qaynayan kimi buxarla nəfəs almağa başlayın. Bu, başağrısını aradan qaldıracaq.

İşdən sonrakı yorğunluq:
Bu məlhəm yenidən güc toplamağınıza kömək edəcək: 2 xörək qaşığı alma sirkəsini 1 stəkan soyuq suya töküb, bədəninizi onunla ovuşdurun.

Təzyiq qalxıbsa:
İtburnu dəmləyin. 1 stəkan itburnu dəmləməsinə 2 xörək qaşığı alma sirkəsi və azca bal qatıb için.

Allergik dermatit:
60 ml. alma sirkəsini 1 litr su ilə qarışdırıb, qaşınan yerə kompres qoyun.

Kəpək əleyhinə:
Suyun içərisinə alma sirkəsi əlavə edin. Duşdan sonra saçlarınızı onunla yaxalayın. Saçlar kəpəksiz və daha parlaq olacaq.

Dəridəki ləkələrə qarşı:
Suya alma sirkəsi töküb, üzünüzü silin. Daha sonra adi su ilə yuyun.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri