Kələm bir çoxumuzun bəyənərək yediyi tərəvəzlər siyahısında yer almaz. Ancaq kələmin bu xüsusiyyətlərini öyrəndikdən sonra alış-veriş siyahınıza əlavə edəcəyinizdən əminik!
- Əmizdirən anaların ümumi problemi olan sinə şişməsinə yaxşı təsir edir. Kələm yarpaqları qabarıqlıq və ağrıya qarşı təsirlidir. Əmizdirdiyiniz dövrdə kələm yarpağını sinənizə qoyub gözləyin. Kələm yarpağı yavaşca bədən istiliyinə çatacaq və sərin dəsmal qoymusunuz kimi hiss yaradacaq. Bir çox qadın əmizdirdiyi dövrdə bu üsulu sınayır.
- Kələm aşağı kalorili və antioksidant baxımından zəngin bir tərəvəzdir. Əsrlərdir iltihab əleyhinə qarşı təsirli olması səbəbiylə istifadə edilən kələmin, xərçəngə qarşı təsirli olduğu da bilinməkdədir.
- Kələm mədə yaralarına və digər həzm sistemi narahatlıqlarına qarşı təsirlidir. Səhər bulanması və astmaya da yaxşı təsir edir.
- Kələmin içərisində olan kimyəvi maddələr müəyyən xərçəng tiplərinə qarşı təsirlidir və DNT-nin düzlədilməsində hüceyrələrə köməkçi olar.
- 1 kasa buxarda bişirilmiş kələm yalnız 33 kalori olur. Ancaq gündəlik K vitamin ehtiyacının 90 %-ini qarşılamanıza köməkçi olar.
- Kələmdə bol miqdarda manqan, B6 vitamini, fol turşusu, Omeqa-3 yağ turşusu, B1 vitamini, B2 vitamini, kalsium, kalium, A vitamini, maqnezium və 4 qramdan çox zülal vardır.