Təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı meyvə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 133
Səs ver:
(səs: 1)
Ən dadlı qış meyvələrindən biri naringidir. Artıq yavaş-yavaş piştaxtalarda görməyə başlayan bu meyvənin faydalarını sizinlə bölüşməyə qərar verdik.

Şirin, sulu və xoş qoxulu olan bu meyvəni möcüzə adlandırmaq yerinə düşərdi. C vitamini baxımından zəngin olan naringidən gün ərzində 2-3 ədəd yesəniz, qış aylarını qripə yaxalanmadan yola verə bilərsiniz.

Naringinin tərkibində həmçinin A və B vitaminləri, kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və fosfor mineralları var. Bu isə o deməkdir ki, naringi qanı təmizləyəməyə və daha sağlam ürəyə sahib olmağınıza kömək edə bilər.

Naringinin qabığında P vitamini var. Onun xoş qoxusu da elə bu vitamindən qaynaqlanır. Naringinin qabığını rəndələyərək kekslərə və şirniyyatlara  ləzzət verə bilərsiniz. Bu, həm də xolesterolu və yüksək təzyiqini salmağa kömək ola bilər. Gündə 3 ədəd naringi yeyənlərin yüksək təzyiq şikayətləri azalır.

Damar sərtliyindən əziyyət çəkənlər bu meyvəni gündəlik menyularına əlavə etməlidirlər.

Naringi həm də əsəbləri sakitləşdirir. Qoxusu depressiyaya qarşı təsirlidir. Axşam saatlarında naringi yesəniz,  yuxuya daha rahat gedərsiniz.

İmmunitet sistemini gücləndirən bu meyvənin həm də yaddaşı gücləndirib, iştahı açdığı da məlumdur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri