Xərçəngə sipər çəkən qidalar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 046
Səs ver:
(səs: 0)
Xərçəng bəzən müalicəyə tabe olmayan ciddi xəstəlikdir. Bir çox alimlər milyonlarla insanın həyatını xərçəngdən xilas edəcək sehrli formul axtarışındadır. Dünya təbabətinin bizi nə vaxt xilas edəcəyinə ümid etməyərək özümüz xərçəng xəstəliyinə yaxalanma ehtimalını azalda bilərik.

Maraqlıdır ki,  istifadə etdiyimiz bəzi məhsulların tərkibindəki xüsusi birləşmələr xərçənglə mübarizədə orqanizmə kömək edən xüsusiyyətlərə malikdirlər. Bu o demək deyil ki, məsələn kök yeyəndə siz heç vaxt xəstələnməyəcəksiniz və ya xərçəng şişi yox olacaq. Sadəcə, hər dəfə  siz bu qidaları yeməklə XXI əsrin qatili hesab edilən xərçəng kimi xəstəliyə qarşı orqanizmdə güclü bir sipər  çəkmiş olursunuz. Bəlkə də bu sizə  mənasız görünə bilər. Amma unutmayın ki, cibində daşı olan divar hörə bilər.

Beləliklə, Qadınlar.biz Rusiya mətbuatına istinadən xərçənglə savaşan 10 qida haqqında maraqlı məlumatı təqdim edir:

Sarımsaq tərkibindəki xüsusi birləşmələr sayəsində immun sisteminin hüceyrələrinin aktivliyini artırır ki,  bu da  orqanizmin xərçəngə qarşı müqavimət göstərməyinə zəmin yaradır.  Alimlər çoxdan sübut ediblər ki, sarımsaq ürək xəstəlikləri və insult riskini azaldır. Bundan əlavə, bu bitkinin istehlakı mədə və bağırsaq xərçəngindən qorumağa qadirdir. Bu iki xəstəlik hazırda dünyada ən yayılmış xəstəliklər hesab olunurlar.
Tədqiqatlar sübut edib ki, müntəzəm olaraq sarımsaq yeyən şəxslər mədə və bağırsaq xərçəngi ilə daha az üzləşirlər. Bununla əlaqədar olaraq tibb sahəsində çalışan alimlər hətta sağlam insanlara hər gün sarımsaq yeməyi tövsiyə edirlər.  Həftə ərzində ən azı 5 diş sarımsaq yeyilməlidir. Sarımsaqdan hazırlanan əlavələri də yemək olar.

Lobya əla təbii zülal mənbəyi əladır, orqanizmi antixərçəng xüsusiyyətlərə malik sellüloza ilə təmin edir. Lobya və paxlalı bitkilər  bəzi fitokimyəvi maddələr ehtiva edir ki, bu da hüceyrələrin genetik zədələnməsinin qarşısını alır, yaxud da bu prosesi xeyli ləngidir. Lobya və paxlalı bitkilər  xərçəngin bir çox növlərindən qoruyur, amma ən yaxşı  prostat xərçəngindən qoruyur, üstəlik, həzm orqanlarının xərçənginin inkişafı riskini azaldır.

Kök güclü antioksidantdır və beta-karotinin əsas mənbəyi hesab edilir. Lakin hər kəs bilmir ki, onun tərkibindəki maddələr konkret olaraq bəzi xərçəng xəstəliklərinin yaranma riskini azaldır. Kök ağız, qırtlaq, mədə, qalın bağırsaq, sidik kisəsi xərçənginə qarşı bədənin müqavimətini artır.
Kök güclü antioksidantdır və beta-karotinin əsas mənbəyi hesab edilir. Lakin hər kəs bilmir ki, onun tərkibindəki maddələr konkret olaraq bəzi xərçəng xəstəliklərinin yaranma riskini azaldır. Kök ağız, qırtlaq, mədə, qalın bağırsaq, sidik kisəsi xərçənginə qarşı bədənin müqavimətini artır.
Uroloqların apardığı tədqiqatlar göstərir ki, kök sidik kisəsi xərçənginin qarşısının alınmasında xüsusilə effektli rola malikdir.  Bu dəhşətli xəstəliyin profilaktikası üçün çiy və ya bişmiş kök yemək lazımdır. Amma əlbəttə ki, çiy halda kökün bəsləyici dəyəri daha yüksəkdir ki, bunu da xərçəngə qarşı qalxan hesab etmək olar.

Brokkoli  hətta xərçəngin dağıdıcı təsiri zərərsizləşdirməyə qadirdir. Brokkoli güclü antioksidantdır  və hüceyrələri stimullaşdırır, onları məcbur edir ki, xəstəliklə mübarizə aparsınlar.  Ən çox bəsləyici dəyərə malik gənc  brokkoli çüçərtilərdir. Çüçərtilər bir sıra antixərçəng elementləri ehtiva edir.
Xərçənglə mübarizədə sağlam qidalanmanın vacibliyini nəzərə alaraq onu özünüz də evdə yetişdirə bilərsiniz və ya mağazadan ala bilərsiniz. Bu faydalı bitkini xörəklərə, salatlara əlavə etməklə  öz sağlamlığınızı qoruya biləcəksiniz.

Kayen istiotunun tərkibindəki bütün ağız boşluğunu yandıran maddələr xərçəng hüceyrələri ilə uğurlu mübarizə aparır. Onu bacardığınız qədər çox işlədin.
Soyuqdəyməsi olan şəxsə isti buxar hamamı necə təsir edirsə, bu istiot da xərçəngə qarşı eyni təsiri göstərir.

Göbələk xərçəng xəstəliyinə qarşı mübarizə aparan faydalı maddələr anbarıdır. Hələ altı min il əvvəl çinlilər Asiya göbələklərini müalicəvi məqsədlər üçün istifadə edirdilər. Orqanizmə faydalı olan göbələklər   müxtəlif növ olur. Məsələn, şitake, reyşi, veşenki və başqaları. Göbələyi bilavasitə qida məhsulu kimi istifadə etmək olar, eləcə də həmin məhsulların cövhəri ilə hazırlanan xüsusi əlavələr almaq olar.
Çoxsaylı tədqiqatlar göstərir ki, Asiya göbələklərinin tərkibindəki maddələr prostat vəzinin xərçəng hüceyrələri ilə mübarizədə əla yardımçı vəzifəsini icra edir, xərçəng hüceyrələrinin artımını əngəlləyir, mövcud olanları isə darmadağın edir.

Moruq xərçəng xəstəliyindən qoruyan antioksidantlar və digər maddələrin mənbəyidir. Siçovullar üzərində aparılan xüsusi tədqiqatlar göstərib ki, qara moruq istifadə edənlərin qida borusunda xərçəng hüceyrələrinin faizi xeyli aşağı düşüb. Tədqiqatların davamı olaraq düz bağırsağında xərçəngdən əziyyət çəkən insanlara moruq tozu veriblər. Nəticə pis olmayıb.
Ona görə də xərçənglə mübarizədə silahlanmaq və ondan qorunmaq üçün bu dadlı və çox faydalı giləmeyvəni götürmək lazımdır.

Yaşıl çayın tərkibində ağciyər və mədə-bağırsaqdakı xərçəng hüceyrələrinə dağıdıcı təsir göstərən, inkişafını ləngidən maddələr var. Amma bu, ancaq Yaponiyada istehsal edilən təmiz və həqiqi yaşıl çaya məxsus xüsusiyyətdir.
Mağazalarda satılan yaşıl çayların böyük əksəriyyətində bu xüsusiyyət yoxdur. Ona görə də yaşıl çayla xərçəngə sipər çəkmək istəyirsinizsə, həqiqi yaşıl çay almağa çalışın.

Pomidor çiy, hətta bişmiş şəkildə belə çox faydalı maddələrlə zəngindir. Çoxsaylı tədqiqatlar sübut etmişdir ki, xərçənglə mübarizədə pomidor heç də faydasız deyil.

Sarıkök iltihab və soyuqdəymə xəstəliklərinin müalicəsində, astma simptomları aradan qaldırılmasında çoxdan və uğurla istifadə olunur. Lakin bu yaxınlarda alimlər bildiriblər ki, bu ədviyyat xərçəng xəstəliyi ilə də mübarizə aparmaq iqtidarındadır. Bu nəticəyə gəlməyə aşağıdakı tədqiqatın nəticəsi səbəb olmuşdur.Birləşmiş Ştatlarda prostat vəzinin xərçəngindən xəstələnənlərin sayı həddindən ziyadə çoxdur, Hindistanda isə bu göstərici olduqca aşağıdır.  Alimlər təxmin etmişlər ki, bu, Hindistan vətəndaşlarının qida rasionu ilə bağlıdır. Onlar ədviyyatdan, xüsusilə sarıkökdən hər gün istifadə edirlər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 046
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri