Meyvə və tərəvəz qabıqlarının inanılmaz faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 9 171
Səs ver:
(səs: 1)
Meyvə-tərəvəz qabıqları, meyvələr, hətta  deyərdim ki, onlardan da faydalıdır. Sizlərə meyvə və tərəvəz qabıqlarının sirrini təqdim edirik.

Soğanın qabığı çox yaxşı dezinfeksiya edicidir. Xüsusilə dırnaq göbələyi əleyhinə əl və ayaq baxımı üçün çox faydalıdır. Qabıqların qaynadıldığı suda əl və ayaqların bir müddət saxlanılması göbələklərin aradan qaldırılmasında təsirli olur. Bundan başqa, qabıqları sıyıq halına gətirib döyənəklərin üzərinə qoyulsa, onları təmizləyər.

Almanın qabığı
kaliumla zəngindir. Həzm sisteminə kömək edir. Qəbizliyi aradan qaldırır. Xolesterolu aşağı salır. Dişləri təmizləyir. Diş ətləri üçün faydalıdır.

Zoğalın qabığı ishalın qarşısını alır. Temperaturu aşağı salır. Böyrək daşlarının müalicəsində istifadə olunur.

Narın qabığı bağırsaqların parazitlərdən təmizlənməsinə kömək edir. İshala qarşı faydalıdır. Meyvəsinin qabığından hazırlanan ekstrakt virusları və mikrobları öldürür. Nar qabığından və nar pərdələrindən hazırlanmış həlim isə - yanıqlar və mədə pozğunluqları zamanı faydalıdır.

Limon qabığı C vitamini ilə zəngindir. Bakteriyaları öldürür. Ürək-damar sistemini nizamlayır. Yumurtalıq və dəri xərçənglərinin qarşısını alır. Qaraciyər və öd kisəsi üçün faydalıdır.

Portağal qabığı sellüliti aradan qaldırır. Qırışların aradan qaldırılmasına kömək edir. Ultrabənövşəyi şüaların ən böyük düşmənidir.

Xiyar qabığında demək olar ki, kalori yoxdur. Xiyar qabığı qırışların qarşısını alır. Dəriyə qulluq etmək üçün ən yaxşı vasitədir.

Kartofun qabığını soyduqdan sonra bişirmək 25 % C vitaminini itirmək deməkdir. Buna görə də, kartofun qabığını soymaq əvəzinə bıçaqla təmizləmək daha yaxşıdır.

Heyva qabığı sidik yolu iltihabının qarşısını alır. İştahanı artırır. Böyrək və sidik kisəsi iltihabları üçün də faydalıdır.

Badımcanın qabığı kalium və maqneziumla zəngindir. İmmun sistemini möhkəmləndirir. Hüceyrələrin çoxalmasına kömək edir.

Pomidorun qabığı
xolestrolu aşağı salır. Təzyiqi nizamlayır. Ultrabənövşəyi şüalara qarşı faydalıdır.

Qarpız qabığı C vitamini ilə zəngindir. Dərini təmizləyir. Günəş ləkələrini aradan qaldırır. Orqanizmdəki zəhərli maddələri ifraz edir.

Kivi qabığının
başqa cür təbii antibakterial da adlandırmaq olar.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 9 171
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri