Yaşlanmağın qarşısını alan möcüzəli meyvə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 787
Səs ver:
(səs: 0)
Çoxumuz avokado meyvəsindən elə də çox istifadə etmirik. Azərbaycanda bu meyvəni mütəmadi olaraq alıb yeyən insanların sayı yəqin ki, çox azdır.

Halbuki bu meyvənin orqanizmə nə qədər faydalı olduğunu bilsək, onda avokadoya qarşı bu qədər laqeyd yanaşmarıq.

Bu meyvənin ləzzətli olması üçün yetişməsini gözləmək lazımdır. Dərhal yemək üçün alırsınızsa, yumşaq olanını seçməlisiniz. Seçərkən eyni zamanda dərisinin parlaq və sürüşkən olmasına diqqət edin. Əgər avokadonu bir neçə gün sonra yeməyi düşünürsünüzsə, tam yetişməmiş olanını alın və qəzet kağızına bükərək 2-3 gün otaq temperaturunda saxlayın. Avokado soyuq havanı xoşlamır, buna görə də onu soyuducuya qoymaq olmaz.

Avokado qəbizliyə qarşı təsirli vasitədir. Bu meyvə immun sistemini gücləndiməyə qadirdir.

Bədən toxumalarının və dərinin yenilənməsinə köməkçi olur, yaraların sağalmasına kömək edir.

Antioksidantdır, tərkibindəki doymamış yağ turşuları qanda xolesterinin yüksəlməsini önlədiyi üçün ürək və damar xəstəlikləri üçün təbii dərman hesab olunur.

Avokado bədəndə toksik maddələri təsirsiz hala gətirir. Yaşlılığa yol açan zərərli maddələri yox edərək yaşlanma prosesini yavaşladır və xəstəliklərin qarşısını alır.

Tərkibində bol miqdarda zülal, mineral və vitaminlər olduğu üçün uşaqlar və hamilə qadınlar üçün çox faydalı qidadır.

Tərkibindəki A vitamini sayəsində hüceyrələrin yenilənməsini sürətləndirir.

Türkiyənin ən məşhur həkimləri dəmir çatışmazlığı, halsızlıq və yorğunluğa qarşı həftədə 3-4 dəfə avokado yeməyi məsləhət görür.

İbrahim Saraçoğlu bu meyvənin qabığının soyulub, çəyirdəyinin çxarıdıqdan sonra çəngəllə əzib, üzərinə limon sıxaraq yeməyi məsləhət görür.

Meyvə olsa da, əsasən tərəvəz kimi istifadə edilən avokadonu bəzi yeməklərə və salatlara əlavə etmək mümkündür. Qayğanağa, şorbalara, souslara əlavə etdikdə ləzzət verir. 100 qramında 180 kalori olduğu üçün hər gün yemək məsləhət deyil.

Qan azlığından əziyyət çəkən xəstələr həftədə iki dəfə yeməlidirlər.

Avokadonun yarpağı da çox faydalıdır. Onun qurudulmuş yarpağından hazırlanan çay böyrək daşlarından əziyyət çəkənlərin ağrılarını azaldır. Daşların əriməsinə və bədəndən atılmasına kömək edir.

Böyrək daşlarından əziyyət çəkənlər 1 stəkan isti suya 1 çay qaşığı avakado yarpağı tökərək dəmləməli və gündə 1 dəfə bu çayı içməlidirlər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 787
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri