Məkkəgülü çayının inanılmaz faydaları

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 3539
Paylaş:
Səs ver:
(səs: 1)
Məkkəgülü (karkade) çayını ərəblər bütün xəstəliklərin dərmanı adlandırırlar. Sözsüz ki, bu içkinin belə qiymətləndirilməsi təsadüfi deyil. Öz zəngin tərkibi ilə məkkəgülü çayı bir çox dərdlərin təbii dərmanıdır.

tərkibində 13 üzvi turşu olan bu içkinin dadı turş, rəngi qırmızıdır.

Hibiskus bitkisinin ləçəklərindən hazırlanan məkkəgülü çayı qan təzyiqi və 2-ci tip şəkərli diabet xəstəlikləri üçün olduqca faydalıdır.

Hibiskus bitkisi antioksidantlara zəngin olduğundan orqanizmi cavanlaşdırır, onu azad radikalların təsirindən qoruyur, xoşxassəli və bədxassəli şişlərin yaranmasının qarşısını alır.

Bu çayı soyuqdəymə və qripin profilaktikası üçün ən təsirli vasitə hesab etmək olar.

Öskürəyə qarşı xeyirlidir və xəstəlik zamanı yüksək temperaturu normaya salır.
 
Məkkəgülü çayı qan damarlarını möhkəmləndirir, qanda xolesterinin miqdarını azaldır, damar tıxaclarının yaranmasının qarşısını alır.

Bədənin ümumi tonusunu normasında saxlayan bu içki orqanizmin immun sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimətini artırır.

Məkkəgülü çayının orqanizmə faydalarından biri də onun sinir sisteminə müsbət təsir göstərməsi, əsəb gərginliyini, fiziki və zehni yorğunluğu aradan qaldırmasıdır.

Tərkibində kversitin olduğuna görə məkkəgülü çayı göz yorğunluğunu da götürür, görmə qabiliyyətini yaxşılaşdırır. Kompüter qarşısında saatlarla oturanlar üçün bu çay ən yaxşı içkidir.

Məkkəgülü çayı qaraciyərin fəaliyyətinə də müsbət təsir göstərir.

Ödqovucu xassəyə malikdir, öd ifrazını normallaşdırır.

Zərərli maddələrin orqanizmdən xaric olmasına kömək edir.

Böyrək iltihabı zamanı xeyirlidir, sidikqovucu xassəyə malikdir.

Piylənmənin qarşısını alır, arıqlamaq istəyənlər üçün effektli vasitədir.

Məkkəgülü çayı kişi sağlamlığı üçün də xeyirlidir, o potensiyanı gücləndirir, cinsi fəallığı artırır.

Mədə xorası və qastrit xəstəlikləri olanlar məkkəgülü çayından məhdudiyyətlə istifadə etməlidirlər. Belə ki, bu içki mədə şirəsinin turşuluq dərəcəsini artırır. O cümlədən öd daşı xəstəliyinin kəskinləşdiyi dövrdə də məkkəgülü çayından istifadə etmək məsləhət görülmür.

loading...
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3539
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
lazimli melumatdi gulun qesheng adi var
10 mart 2015 00:49
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
isveç.de
Mən bu çaydan burda yəni isveçdə içmişəm. Bizim bir əfqanıstanlı qonşum var o ərəb dukanınan almışdı . Birdəfə evlərinə getdim dedim başım ağrıyır oda mənə bu çaydan dəmlədi heç 5, dəqiqə keçmədi başımın ağrısı keçdi.

Mən bu çaydan burda yəni isveçdə içmişəm. Bizim bir əfqanıstanlı qonşum var o ərəb dukanınan almışdı . Birdəfə evlərinə getdim dedim başım ağrıyır oda mənə bu çaydan dəmlədi heç 5, dəqiqə keçmədi başımın ağrısı keçdi.
3 mart 2015 20:07
9
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
Qlamurr
Belə bir bitkinin varlığı haqqında məlumatım yox idi.Həm adı da maraqlıdı.
3 mart 2015 16:09
8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Tomris Müslümova
mamam dibcek delisidi ev doludu bunnanda var
3 mart 2015 14:41
7

Sən sadəcə mənimsən...!
Offline
qanadli melek
Birinci defedi esidirem hansi gulduku bu
3 mart 2015 12:43
6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
aziz a
Adini esitmemisdim, gorun ne qeder faydali bitkidir, adininda rolu var yeqin dusduyu sebeblerde.
3 mart 2015 10:07
5
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Bu bitkini gormusem cox faydali bitkidir adinnan melum oldugu kimi
3 mart 2015 09:55
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ILAHE_
Birinci defedir ewidirem.
3 mart 2015 09:18
3
Offline
Fialka
Bu bitkinin bu qədər faydalı olduğun bilmirdim, heç adınıda bilmirdim ağac bitkisidi iri çiçəkləri olur həmin çiçəkləri qurudub içirlər bilmirəm burda varmı ancaq İrandan xalam almışdı bizə qaynar suda saxlıyıb öz özünə dəm alır rəngidə tünd qırmızı olur...
3 mart 2015 08:36
2
Offline
lili)
cox maraqli bir cicekdi hardasa satilir goresen bu qederde xeyri var mekkegulu yazildiqina gore oralarda bitir yeqinki
3 mart 2015 08:16
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv