Şüyüdün müalicəvi xüsusiyyətləri

Müəllif: Wiyinka
Şərhlər: 20
Baxılıb: 3724
Paylaş:
Səs ver:
(səs: 3)
Adi şüyüd və onun toxumları çox təsirli müalicəvi xüsusiyyətlərə malikdir. Məhz bu səbəbdən şüyüd və onun toxumları əczaşılıqda müxtəlif dərman preparataların tərkibində istifadə olunur.

Şüyüd xüsusilə mədə-bağırsaq sistemi üçün faydalıdır - iştahanı artırı, köplə mübarizə aparır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara yüngül işlədici təsir edir.

Körpə uşaqlarda şüyüd suyu təsirli köpəleyhinə vasitə kimi istifadə olunur. Körpələrin əksəriyyəti həyatının təxminən 3-4-cü ayına kimi köpdən əziyyət çəkir. Hal hazırda bu problemi həll etmək üçün müxtəlif preparatlar satılır. Lakin ev şəraitində şüyüddən çox yaxşı tədii köpəleyhinə dərman hazırlamaq olar. Bunun üçün 1/2 çay qaşığı şüyüd toxumu 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, yaxşı süzülür və gün ərzində 3-4 dəfə 1/2-1 çay qaşığı miqdarında uşağa verilir. Dəmləməni hər gün hazırlamaq lazımdır. Anaların əksəriyyəti bu vasitəni istifadə etdikdən sonra uşağın daha sakit və rahat olmasını, daha yaxşı yatmasını görür.

Şüyüd toxumu dəmləməsi tək uşaqlarda deyil, həm də böyüklərdə təsirli köpəleyhinə vasitə kimi istifadə oluna bilər.

Şüyüd antioksidant maddələrlə zəngindir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, "pis" xolesterinlə mübarizə aparır.

Şüyüd spazmolitik xüsusiyyətlərinə malikdir. Bağırsaq, mədə spazmı zamanı, spazmla bağlı olan baş ağrıları zamanı şüyüd toxumu dəmləməsi çox tez və yaxşı kömək edir.

Şüyüd toxumu həmçinin bəlğəmgətirici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Öskürək, bronxit zamanı 1 xörək qaşığı şüyüd toxumu 1 stəkan qaynar suda 1/2 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır), yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla için. Qəbuldan əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə edin.

Şüyüd toxumu dəmləməsi insanın sinir sisteminə də çox müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir, baş ağrıları azaldır.

Şüyüd həmçinin ödqovucu təsirinə malikdir, qara ciyərin fəaliyyətinə müsbət təsir edir.

Şüyüd toxumu dəmləməsi müxtəlif böyrək, sidik kisəsi, sidik yolları iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Bu dəmləmə xüsusilə sistit (sidik kisəsi iltihabı) zamanı tez-tez istifadə olunur. Şüyüd toxumu dəmləməsi sidikqovucu təsir edir, iltihabı azaldır. Təbii ki, vasitə əsas müalicə ilə yanaşı istifadə olunmalıdır.

Belə hesab olunur ki, şüyüd toxumu dəmləməsi analarda laktasiyanı (südün ifrazı) artırır. Bu səbəbdən şüyüd toxumunu analar üçün olan xüsusi südartıran çaylara daxil edirlər.

Sidikqovucu təsirinə malik olan şüyüd toxumu dəmləməsi həmçinin arterial təzyiqinin normallaşmasına kömək edir. Arterial hipertenziyadan (yüksək təzyiq) əziyyət çəkən insanlar bu dəmləməni əsas müalicə ilə yanaşı köməkçi müalicəvi vasitə kimi istifadə edə bilərlər.

Hamilə qadınlarda şüyüd toxumu dəmləməsi toksikoz zamanı istifadə olunur (ürəkbulanmasını azaldır). Həmçinin bu dəmləmə hamilə qadınları tez-tez narahat edən ödemlərin (şişkinlik) azalmasına kömək edir.

loading...
(səs: 3)
Şərhlər: 20
Baxılıb: 3724
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Melumata gore tewekkurler
1 may 2017 09:51
20
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
emis
suyudden ancaq kukude istifade edirem yoxsa basqa yeye bilmirem ama iysi cox qeseng olur neinki suyud butun goyertilerin mualicevi xusiyyetleri var tesekkurler
14 aprel 2015 23:29
19
Offline
aytil
faydalidi ederem hemde xosuma gelir
14 aprel 2015 22:07
18
benimki geliyor o da biliyor kalbimi yerden yere vuruyor sarkicicornetto keyfi yolunda aski sonundaicecream
Offline
naz_vefa
Menim xowum gelir wuyuden cox xowum gelr))))
14 aprel 2015 17:57
17
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Offline
aliceWOnDer
bu qeder faydali oldugunu bilirdim, amma sevmirem
14 aprel 2015 17:13
16
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
Catwoman666
goyertilerden daha cox kesnisi sevirem. suyudle de aram normaldir) amma hammisi da vitaminerle zengindir
14 aprel 2015 15:58
15
Viking
Offline
qanadli melek
Bele faydali oldugunu bilmirdim
14 aprel 2015 13:26
14
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
vipbetul
bildiklerim vardi
14 aprel 2015 13:15
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
birdane
Tesekkurler
14 aprel 2015 12:39
12
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Offline
Tomris Müslümova
hamile qadinlara faydali oldugunu bilmirdim
14 aprel 2015 11:34
11
Sən sadəcə mənimsən...!
Offline
Qlamurr
Faydalı olduğunu bilirdim,həmçinin də mətbəximizdə yeməklərə xüsusi dad verən göyərtilərdəndir.
14 aprel 2015 11:25
10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Menim balam
Gerek arada dem aldırım içim. Bu qeder faydasını bilmirdim
14 aprel 2015 11:11
9
Offline
Fialka
Ən sevdiyim göyərtilərdən biridir şüyüd və faydaları haqqında da məlumatım var.
14 aprel 2015 11:02
8
Offline
Nur k-off
Terevezlerin hamisini cox beyenirem şüyüdünde oz yeri var
14 aprel 2015 10:34
7
SVETA
Offline
lelos
şüyüdden ijstifade edirem ve faydalarinida bilirdim
14 aprel 2015 09:57
6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
aziz a
Suyudu cox sevirem men.
14 aprel 2015 09:29
5
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Suyudu hec sevmirem ne xorekde yemirem nedeki ayriliqda
14 aprel 2015 09:20
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Nezka
Şüyüd çox yeyirəm faydalarını bilmirdim
14 aprel 2015 09:15
3
İçimi görsən mənə aptek alarsan.
Offline
Miss_Oxatan
Men nece gunden bir demleyib icirem,sistit var deye.ancaq burda qeyd olunub ki,hamilelerde istifade eder,men ancaq bu yaxinda bawqa melumatda oxumuwdum ki,hamileler qebul etmesin.
14 aprel 2015 08:37
2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
Dosta_inam
şüyüt demlemesini uşaq köpüne qarşi istifade etmişem,ancaq bu qeder faydasi haqda melumatim yox idi,teşekkür melumat üçün.
14 aprel 2015 08:14
1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv