Qədim dövrlərdə hili "cənnət ədviyyatı” adlandırıblar. Elə bu gün
də hil dünyanın demək olar ki, bütün guşələrində qiymətli və faydalı bir
ədviyyat kimi istifadə olunur.
Bu ədviyyata olan geniş tələbatın əsas səbəbi onun özünəməxsus ətri
olması ilə yanaşı, həm də saymaqla bitməyən sağlamlıq üçün möcüzəvi
faydalarıdır.
Hilin başlıca faydalı xüsusiyyətlərindən biri onun antioksidant təsirə
malik olmasıdır. Məhz bu xassəsinə görə hil orqanizmin zərərli
maddələrdən təmizlənməsində yaxından iştirak edir, sərbəst radikalların
məhvinə səbəb olur.
Bu ədviyyat orqanizmi bir çox xəstəliklərdən, o cümlədən ürək-damar,
dayaq hərəkət sistemində problemlərin yaranmasından qoruyur.
Soyuqdəymə zamanı xəstəliyin qısa zamanda aradan qaldırılmasında hil
güclü təsirə malikdir. O, boğaz ağrılarını götürür, öskürəyi yumşaldır,
temperaturu aşağı salır.
Hil sinir sisteminə olduqca müsbət təsir göstərir. Bu ədviyyat bədənin ümumi tonusunu qaldırır, əhvalı yaxşılaşdırır.
Yüksək qan təzyiqindən, hipertoniya xəstəliyindən şikayətlənənlərə
hildən istifadə məsləhət görülür. Hil çayda və kofedə kofeinin təsirini
azaldır.
Mədə bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdıran hil həzmi asanlaşdırır.
Ağızdan gələn xöşagəlməz qoxu problemindən qurtulmaq üçün hildən istifadə etmək kifayətdir.
Siqaret çəkənlər üçün də hil faydalıdır. O, ağciyərləri təmizləyir.
"Cənnət ədviyyatı” sayılan hil güclü afrodiziakdır. Müntəzəm istifadə
olunduqda cinsi fəallıq artır, potensiya güclənir. Hildən həmçinin sidik
yollarının və cinsi orqanların xəstəliklərinin müalicəsində istifadə
olunur.
Qaraciyər və öd kisəsində problemi olanlar hildən məhdudiyyətlə istifadə etməlidirlər.