Alimlər cavanlığın yeni mənbəyini tapdılar

Müəllif: emis
Şərhlər: 10
Baxılıb: 2 893
Səs ver:
(səs: 2)
Narın ürək xəstəliklərinin inkişafının qarşısını almağa, stressin kəskinliyini azaltmağa, hətta cinsi həyat keyfiyyətini yaxşılaşdırmağa imkan verməsi kimi keyfiyyətləri çoxdan məlumdur.
Bu yaxınlarda isə alimlər narın gənclik mənbəyi olduğunu aşkar ediblər. Məlum olub ki, qidada nar cövhərindən gündəlik istifadə DNK-da qocalma prosesini ləngidir. Bu barədə "The Daily Mail” qəzeti yazır.

Trend-in məlumatına görə, bunu 60 könüllü üzərində aparılan sınaq sübut edib. Onlar bir ay ərzində bütöv nardan alınan cövhəri kapsul şəklində qəbul ediblər. Bununla yanaşı, doktor Serjio Streytenbergerin rəhbərliyi altında işləyən alimlər onların bədənlərindəki kimyəvi birləşmələrin aktivliyini izləyiblər və onu digər qrupun aktivliyi ilə müqayisə ediblər.

Bu zaman onlar beyinin, əzələlərin, qaraciyərin, böyrəklərin fəaliyyətinin pozulmasına və dərinin qocalmasına səbəb olan hüceyrə zədələnmələri ilə əlaqəli "8-Oxo-DG” markerinin konsentrasiyasının xeyli azaldığını müşahidə ediblər. İspaniyanın "ProbelteBio" özəl laboratoriyasının əməkdaşları qeyd edirlər ki, hüceyrələrdə zamanla baş verən dezoksiribonuklein (DNK) turşusunun oksidləşməsinin ləngiməsi baş verir. O da məlumdur ki, nar A, C, E vitaminləri, dəmir və sərbəst radikalların işini neytrallaşdıran antioksidantlarla zəngindir.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 893
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri