Şabalıd - damarların dərmanı

Müəllif: Wiyinka
Şərhlər: 13
Baxılıb: 1826
Paylaş:
Səs ver:
(səs: 0)
Digər çərəzlərlə müqayisədə şabalıd azkalorilidir. Bəzi çərəzlərin 100 qr-da 400, hətta 500 kkal olur, 100 qr şabalıdda isə 180 kkal var.

Məhz bu səbəbdən artıq çəkisi olan insanlara çərəzlərin arasında məhz şabalıd seçməlidir. Şabalıdın digər faydalı xüsusiyyəti ondan ibarətdir ki, şabalıd insanda çox tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır.

Şabalıdın tərkibində zülallar, karbohidratlar, A, C, K, B qrupu vitaminləri, kalium, maqnezium, sink, fosfor, mis kimi mikroelementlər var.

Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Şabalıd damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif kremlər, qellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə olunur.

Lakin adi yeməli şabalıd da damarların vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən varikoz xəstəliyi olan insanlar şabalıdı öz qidalanmasına daim daxil etməlidir.

Şabalıd qanı duruldur və bu səbəbdən tromblaşmanın qarşısını alır.

Varikoz xəstəliyi zamanı şabalıd qabıqlarının dəmləmləsi ilə (cır şabalıd daha təsirlidir, lakin yeməli şabalıd da istifadə oluna bilər) ayaqlara islatmalar etmək və ya bu dəmləməni sadəcə ayaqlara çəkmək olar.

Həmçinin belə dəmləməni damaqlar xəstəlikləri zamanı da istifadə etmək olar. Dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır.

Şabalıd kalium elementi ilə zəngindir. Kalium isə ürəyimiz üçün çox vacibdir. Ürək əzələsini tonuslaşdırır, orqanizmi artıq mayedən və duzlardan azad edir, ödemləri azaldır. Müxtəlif ürək-damar xəstəlikləri və pozulmaları zamanı şabalıd çox xeyirlidir.

B qrupu vitaminlərlə zəngin olan şabalıd insanın sinir sisteminə də çox müsbət təsir edir.

Şabalıd bağırsaqlar üçün də çox xeyirlidir - onların fəaliyyətini yaxşılaşdırır. Şabalıd qara ciyərə də çox yaxşı təsir edir.

Şabalıd orqanizmdə gedən mübadilə proseslərini yaxşılaşdırır.

Şabalıdı çiy vəziyyətdə yemək tövsiyə edilmir. Ən yaxşı variant şabalıdı qazartmaqdır.

loading...
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 1826
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Barbaris
cox sevirem wabalidi
28 sentyabr 2016 17:46
13
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!
Offline
meni_gozle
wabalid lepe bele weyler yemirem tesaduf yeyerem mende qebzlik emele getirir...faydali melumata gore tewekkurlee
11 avqust 2015 14:03
12
Offline
Catwoman666
Şabalıd faydalı quru meyvədir. Arada bir yeyirəm.

...666...
30 iyul 2015 12:25
11
Viking
Offline
Dosta_inam
Bu qeder faydasi oldugun bilmirdim, cox sevirem sabalidi ve yeyirem de nyam
27 iyul 2015 09:05
10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
vipbetul
faydali melumatdi

faydali melumatdi

faydali melumatdi
26 iyul 2015 16:16
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
WiRiN BaLaM
çox faydalı bitkidir şabalıd.....ama mən yeyə bilmirəm heyifki.
26 iyul 2015 14:28
8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
Fialka
Düzdü damarlarla bağlı problemim yoxdur ancaq çox faydalı bitkidir bu qədər faydaları olduğun bilmirdim təşəkkürlər.
26 iyul 2015 14:22
7
Offline
qanadli melek
Sabalidi cox sevirem tez tez aliriq
26 iyul 2015 11:48
6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
lelos
şabalidi sevirem
26 iyul 2015 11:11
5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
GUNAY---
Cox xoslayiram sabalid
26 iyul 2015 10:18
4
Offline
Gul_Konul
Xowlayiram... aw qara biwirende ele denleyiremki yeyen ele bilir wabalidsiz biwirmiwem)))
26 iyul 2015 10:09
3
Offline
tatyana
Bu qeder faydali oldugunu bilmirdim,varikoza bu qeder faydasi varmis,istifadeye kecim
26 iyul 2015 09:15
2
MENİ KİMSE AGLAR GÖRMEDİ -- AGLAMADIMMI??
AGLADIM HEMDE COXX AMMA MEN GÖZ YAŞLARIMI HER ZAMAN QELBİME AXITDIM,HAMIDAN GİZLİ,HAMIDAN XEBERSİZ.....
Offline
BARBI
Sabalidi cox sevirem xususende kizertme olan sabalidi
26 iyul 2015 08:35
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook