Lobyanın faydaları

Müəllif: adsiz-a
Şərhlər: 8
Baxılıb: 6 772
Səs ver:
(səs: 3)
Çeşidindən aslı olmayaraq,lobya çox faydalı və dadlıdır
Lobya tərkibinin zənginliyi ilə əti əvəz edir.
Baxmayaraq ki, ət heyvan, lobya isə bitki mənşəli ərzaqdır.Zülal, vitamin və mikroelementlər tərkibinə görə bi iki ərzaq növü çox oxşardır.
Tez doyma hissi lobyanın  tərkibindəki çoxlu miqdarda olan zülal sayəsində  əmələ gəlir.Bundan başqa onun tərkibində karbohidart, amin turşuları, B qrup vitaminləri və C  vitamini, mineral maddələr; natrium, kalium, kalsium mövcuddur. Alimlər təsdiqləyir ki, müntəzəm olaraq  lobyalı yeməklər yeyən  insanlar həmişə mülayim xasiyyət və sakitdir-axı lobya sinir sisteminə faydalı təsir göstərir. Bundan başqa o, orqnizmdə  maddələr  mübadiləsini  yaxşılaşdırır.
Termiki emal və konservləşdirmə zamanı  lobya öz faydalı  keyfiyyətlərini  itirmir. Konservləşdirmə zamanı  onun tərkibində  70%-ə qədər  vitamin və 80%-ə qədər  mineral maddə qalır.
Lobyanın konservləşdirilməsi nahaqdan  tətbiq  olunmur. Yaşadığımız sürət  əsrində lobyadan tez bir zamanda  ən sadə  yeməyi belə hazırlamaq çox çətindir.  Axı onu  əvvəl soyuq və  qaynadılmış suda təxminən  1 sutka  və suyunu  hər 5-6 saatdan bir dəyişərək saxlamaq və sonra 1,5 saat  saatdan az olmayaraq qaynatmaq lazımdır.  Bu səbəbdən də konservləşdirilmiş lobya  daha əlverişlidir.
Lobya universal məhsuldur. O,pomidor, badımcan,  qoz, sarımsaq, soğan, göyərti, pendir vəs çox gözəl uyğunlaşır. Kulinar  fantaziyanı işə salaraq  ondan  müxtəlif  çeçiddə  orjinal yeməklər  hazırlamaq olar: salatlar, sup, ət və balıq üçün qarnir, lobya paşteti və s.
Düzdür, lobya mədədə çətin  mənimsənilir və bağırsaqda köp əmələ gətirir. Bunun qarşısını  almaq üçün ona göyərti və ədviyyat əlavə edin, yeməkdən sonra isə  bir fincan nanəli çay için.
Tez bir zamanda  konservləşdirilmiş qırmızı lobyadan belə bir salat hazırlamaq olar.
1 banka konsevləşdirilmiş qırmızı lobyanın suyunu süzüb əzirsən püre halına gələnə kimi.Üzərinə 3-4 diş sarımsaq xırda-xırda doğramaq, bir az keşniş, şüyüd, bir ovuc qoz xırda -xırda doğramaq , zöqə görə duz, istot və duru yağ. Bunların hamsını yaxşı qatışdırmaq . Çox ləzətli və dadlı bir salat  alınır
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 6 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri