Kahının inanılmaz faydaları

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 1765
Paylaş:
Səs ver:
(səs: 0)
Kahı göyərti deyil, yarpaq tərəvəzi sayılır. Kahının müxtəlif növləri var - açıq yaşıl tünd qırmızı rənginə kimi. Kahının bütün növləri olduqca faydalıdır.

Kahı bir çox faydalı vitamin və mikroelementlərlə zəngindir. Kahıda A, B qrupu, E, PP,C karotin kimi vitaminlər, kalsium, maqnezium, kalium, fosfor və s. faydalı mikroelementlər var.

Yaz aylarında insan orqanizmi avitaminozdan əziyyət çəkir. Bu vəziyyətdə kahı kimi zəngin vitamin-mineral mənbəyi bizə çox yaxşı kömək edə bilər.

Kahının tərkibində çox az məhsullarda rast gəlinən fol turşusu da var. Fol turşusu qanyaratma, sinir sistemi üçün çox vacibdir. Hamilə qadınlar üçün bu vitamin ən əsas rollardan birini oynayır. Sübut olunub ki, fol turşusu dölün sinir sistemində qusurların inkişafının qarşısını alır. Məhz bu səbəbdən qadınlara hələ hamiləliyin planlaşdırılması mərhələsində və sonra hamiləliyin ilk günündən sonuna kimi fol turşusu təyin olunur.

Əmizdirən analar da kahını öz qidalanmasına daim daxil etməlidir. Belə hesab olunur ki, kahı südün ifrazını artırır.

Kahı təbii liflərlə zəngindir və bu səbəbdən bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir, həzm proseləri yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir, orqanizmdən duzları, şlakları, toksinləri, artıq xolesterini və digər ziyanlı maddələri çıxardır.

Kahı mübadilə prosesləri yaxşılaşdırır.

Kahı həmçinin qanın laxtalanmasını yaxşılaşdırır, anemiya zamanı yaxşı kömək edir.

Kahı qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir və bu səbəbdən şəkərli diabet xəstəliyi olan insanlar üçün faydalıdır.

Kahı insanın sinir sisteminə də müsbət təsir edir, yuxunu tənzimləyir.

Ağır xəstəlik, əməliyyat keçirmiş insanların qidalanmasında bu faydalı tərəvəz mütləq olmalıdır. İdmançıların qidalanmasına da bu tərəvəzi daim daxil edirlər. Kahı orqanizmin daha tez bərpa olunmasına kömək edir.

Öskürək və bronxit zamanı kahı şirəsi çox yaxşı bəlğəmgətirici təsir edir.

E, A, C kimi antioksidant-vitaminlərlə zəngin olan kahı orqanizmdə gedən qocalma prosesləri ləngidir.

Kahı azkalorili məhsuldur və bu səbəbdən artıq çəki ilə mübarizə aparan insanlar kahını müxtəlif salatlarda, buterbrodlarda istifadə edə bilərlər.

Kahını bıçaqla doğramaq tövsiyə edilmir, əllə bölmək lazımdır. Kahını müxtəlif salatlarda istifadə edin. Salatlara mütləq bitki yağı və ya xama əlavə edin. Bu A vitaminin daha yaxşı mənimsənilməsinə kömək edir.

Vitamin və minerallarla zəngin olan kahə müxtəlif kosmetik maskaların tərkibində də istifadə olunur. Belə maskalar dərini nəmləndirir, daha elastik edir, təravətləndirir, cavanlaşdırır. Bu kimi maska hazırlamaq olar: kahı yarpaqları blenderdə əzilir, 1 xörək qaşığı xama əlavə olunur, yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Ən sadə resept: kahı yarpaqlarını bir qədər əzin və təmiz üz dərisinə qoyub 20 dəqiqə uzanın.

loading...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1765
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Totu
Tewekkurler melumat ucun
1 may 2017 09:33
9
Online
Barbaris
Sitat: Catwoman666
Kahı salatlarda istifadə olunanda yeyirəm. Faydalı tərəvəzdir.

...666...
28 sentyabr 2016 17:43
8
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
vipbetul
faydali melumatdi
28 avqust 2015 19:55
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
Kahı salatlarda istifadə olunanda yeyirəm. Faydalı tərəvəzdir.

...666...
28 avqust 2015 17:18
6
Viking
Offline
meni_gozle
Kahının belə faydalı olduğunu bilmirdim elə blirdim təkcə salatlara gözəl görünüş vermək üçün istifadə olunur
28 avqust 2015 11:00
5
Offline
xeyalperest
kahinin salatlarini cox sevirem faydalarinida bildir amma tezyiqi asagi salir
28 avqust 2015 10:30
4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
GünƏşimƏ_AiD_
kahi cox sevirem ele belede yeyirem..her bir salatimdada istifade edirem muleq..fadali olduqnu bilirdim..
tshk
28 avqust 2015 09:14
3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
BARBI
Kahini cox xoslayiram .Xususende coban salatinda ela dad verir
28 avqust 2015 09:13
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Dosta_inam
Kahının faydası çox olsada heç yeməmişəm, Ləkidə bibim olur onlar çox istifadə edirlər kahıdan.
28 avqust 2015 08:59
1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv