Gənəgərçək yağının faydaları

Müəllif: Fialka
Şərhlər: 15
Baxılıb: 5635
Paylaş:
Səs ver:
(səs: 5)
Gənəgərçək yağı tam təbii vasitədir. Bu yağ gənəgərçək ağacından istehsal olunur.

Gənəgərçək yağı həqiqətən yaxşı işlədici təsirinə malikdir. Yağ bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Böyüklər üçün doza — 2-3 xörək qaşığı gənəgərçək yağı. Yağın təsiri 2-6 saatdan sonra baş verir. Lakin bütün digər işlədici vasitələr kimi, gənəgərçək yağından da tez-tez istifadə etmək olmaz. Bu bağırsaqları «tənbəl» edəcək. Qəbizliyin səbəbini təyin edib aradan qaldırmaq lazımdır.

Gənəgərçək yağı yarasağaldan və iltihabəleyhinə təsirinə malikdir. Bu səbəbdən bu yağ müxtəlif dəri zədələnmələri, kəsiklər, yanıqlar, yaralar zamanı istifadə oluna bilər.

Gənəgərçək yağı babasil zamanı da istifadə olunur (gün ərzində bir neçə dəfə düyünlərin üzərinə çəkilir).

Gənəgərçək yağı soyuqdəymə, öskürək, bronxit zamanı istifadə olunur. Axşam yatmazdan əvvəl isti suda bir qədər qızdırılmış gənəgərçək yağı xəstənin sinəsinə və ayaqlarına çəkilir (daha sonra ayaqlara pambıq corab geyinmək lazımdır).

Əl və ayaqların dərisi quru, nahamar olduqda və qabıq verdikdə gənəgərçək yağı ilə olan bürünmələr dərini yumşaq və elastik edir. Bunun üçün əl və ayaqlara gənəgərçək yağı sürtmək, sellofan plyonka ilə bükmək və pambıq əlcək və corablar geyinmək lazımdır. Ən yaxşı variant bunu yatmazdan əvvəl etmək və bürünmələri səhərə kimi  saxlamaqdır. Belə bürünmələri 10 gün ərzində etmək lazımdır.

Ziyillərə gənəgərçək yağı sürtəndə, ziyillər tez bir zamanda yox olur.

Gənəgərçək yağı dəri, saç və kirpiklər üçün olduqca faydalıdır.

Gənəgərçək yağı dərini nəmləndirir, cavanlaşdırır, dərini daha elastik edir, xırda qırışları yox edir.

Qidalandırıcı maska: 2 çay qaşığı gənəgərçək yağı, 1 çay qaşığı sürtgəcdən keçirilmiş çiy kartof, 1 xörək qaşığı süd, 1 yumurtanın sarısı. Maskanı yaxşı qarışdırmaq və təmiz üz dərisinə çəkmək lazımdır. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.

Yağlı dəri üçün ağardıcı maska: 2 çay qaşığı gənəgərçək yağı, 2 çay qaşığı kəsmik, 1 çay qaşığı limon şirəsi yaxşı qarışdırılır və təmiz üz dərisinə çəkilir. Maska üz dərizini ağardır, piqment ləkələrini daha az görünən edir, dəri məsamələrini yığır.

Gənəgərçək yağı saçların vəziyyətinə çox müsbət təsir edir  — möhkəmləndirir, daha elastik və canlı edir.Saç üçün maska: 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı küncüt yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı yaxşı qarışdırılır, isti suda bir qədər qızdırılır və saçların diblərinə massaj hərəkətləri ilə sürtülür.

Gənəgərçək yağı kirpiklər və qaşlar üçün də çox xeyrlidir. Kiçik təmiz fırça ilə (tuş fırçasından istifadə etmək olar) gənəgərçək yağını kirpiklərə və qaşlara sürtün. Bir müddət keçdikdən sonra kirpik və qaşlarınız daha sıx olacaq.

loading...
(səs: 5)
Şərhlər: 15
Baxılıb: 5635
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
saclara faydasini esitmisem bir defe yoxlamisamda amma yaglandirir saci ziyillere faydasini esitmemisdim mende belke ziyillerde yoxladim gorum tesir edecekmi
18 may 2015 10:32
15
Offline
emis
genegercek yaginin cox sayda faydasi oldugunu bilirem men yalniz bir defe sacim ucun istifade etmisem onuda mene bibim demisdiki saclari uzadir mende aldim qaydasi ile saclarima cekdim gordum saclarimi dehset yaglandirir sora istifade etmedim,hamada ele 3-4 gun undan evvel yere dusdu qirildi.
13 may 2015 19:07
14
Offline
Catwoman666
genetercek yaginin en cox saclara olan faydasini bilirdim
13 may 2015 18:30
13
Viking
Offline
qanadli melek
Bunun faydalari haqda bilirdim sacim ucunde istifade etmisem
12 may 2015 19:00
12
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
yarpaq33
Bu qeder faydali oldugunu bilmirdim tesekkurler
12 may 2015 15:47
11
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
vipbetul
faydali yaqdi
12 may 2015 14:48
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fialka
Gənəgərçək yağından bir xeyli müddətdir ki, istifadə edirəm , həftədə bir dəfə saçıma vururam ancaq bu yağı daima istifadə etmək olmaz saçlarda yəni bir ay istifadə etdikdən sonra ara vermək məsləhətdi) bu yağdan bir çox yöndə istifadə etmək olar hansı ki, qeyd olunub )..
redaktə edənə təşəkkür.
12 may 2015 13:39
9
Offline
ILAHE_
faydasi olmasihaqqinda cox ewitmiwem.Tewekkurler.
12 may 2015 12:06
8
Offline
Tomris Müslümova
oyy menim vazkecilmezimmmm her gece qulaq copu ile kipriklerime vurub yatiram qasimnan yuxari deyir kipriklerim hemde qalin...cox faydali seydi maska hazirliyiram men bunnan
12 may 2015 12:00
7

Sən sadəcə mənimsən...!
Offline
Nur k-off
Cox daydalidir istifadeçisiyem
12 may 2015 11:56
6
SVETA
Offline
talis balasi
Qizlar bilirsiz men o qeder genegercek yaqindan isdifade etmisem ki ama onun nece bitki olduqunu bilmek hec yadimada dusmuyum indi fondaki sekli gordum sok oldum bu bitkiden doludu heyetmizde
12 may 2015 10:19
5
Offline
Happy
Bu qeder faydali oldugunu bilmirdim. Sachim uchun istifade etmiwem
12 may 2015 10:11
4
Offline
Nergız33
Men qaşlarım ücün istifade edirem eladı.
12 may 2015 10:04
3
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
BARBI
Olduqca faydali yagdir . Xususende saclar qaslar ve kirpiklercun faydalidir
12 may 2015 09:43
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
lili)
men saclarima ve qaslarina isdifade edirem coxda yaxsi tesir edir
12 may 2015 09:03
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv