Çuğundurun bağırsaqlara faydası

Müəllif: Zeynep_Fatih
Şərhlər: 15
Baxılıb: 2249
Paylaş:
Səs ver:
(səs: 2)
Qış aylarında əsas vitamin mənbələri olan meyvə və tərəvəzlərin sayı məhdudlaşır. Bu vəziyyətdə kələm, kartof, kök, çuğundur kimi tərəvəzləri tez-tez qəbul etmək lazımdır.

Çuğundur çox faydalı tərəvəzdir. Dahi Hippokrat çuğundurun müalicəvi xüsusiyyətlərini təsdiq edirdi. Parasels isə bu tərəvəzi müxtəlif qan xəstəliklərin (o cümlədən, anemiyanın) müalicəsində istifadə edirdi.

Çuğundur həqiqətən dəmirlə zəngindir və bu səbəbdən qanazlığından əziyyən çəkən insanlar bu tərəvəzi tez-tez qəbul etməlidir.

Çuğundur xüsusi antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır, xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.

Çuğundur bağırsaqlar üçün xüsusilə faydalıdır. Çuğundur qəbizliklə mübarizə edir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır.

Çuğundur sellülozla (təbii liflər) zəngindir. Sellüloz bağırsaqları orada yığılan ziyanlı maddələrədən təmizləyir və həmçinin disbakteriozla mübarizə aparır. Sellüloz bağırsaqlarda yaşayan xeyirli bakterilər üçün qidadır. Məhz bu xeyirli bakterilər həzm proseslərində, bəzi vitaminlərin sistezində iştirak edir, immun sisteminin möhkəmlənməsinə müsbət təsir edir. Bağırsaqlarda yaşayan xeyirli bakterilərin sayı kəskin azaldıqda bu "disbakterioz" adlandırır. Disbakterioz müxtəlif pozulmalara yol açır.

Bağırsaqlar üçün çoö xeyirli salat reseptini sizə təqdim edirik: kələm və çuğundur (çiy vəziyyətdə) xırda çöplər şəklində doğranılır, üzərinə 1/2 limonun şirəsi və zeytun yağı əlavə olunur və qarışdırılır. Salatı 1 saat ərzində mətbəxdə saxlayın ki, tərəvəzlər yumşalsın, şirə əmələ gəlsin və sonra 1 tikə qara çörəklə (ağ yox!) qəbul edin. Belə salat bağırsaqlara əsl "süpürgə" kimi təsir edir - burada yığılan toksinləri, şlakları, "pis" xolesterini və s. ziyanlı maddələri "süpürüb" çölə çıxardır.

Xroniki ishallara meyilii olan insanlar çuğunduru qəbul etməməlidir ki, bu ishalın daha da güclənməsinə təkan verəcək.

Çuğundur və çuğundur şirəsi damarları xolesterindən təmizləyir və nəticədə orqanizmi aterosklerozun inkişafından qoruyur.

Dəmirlə və "betain" maddəsi ilə zəngin olan çuğundur qara ciyərin fəaliyyətinə müsbət təsir edir.

Çuğundur yodla də zəngindir və bu səbəbdən qalxanvari vəzi xəstəliklərin və pozulmaların qarşısını almağa kömək edir.

Çuğundur orqanizmə iltihabəleyhinə təsir edir və immun sistemi üçün çox xeyirlidir. Bu səbəbdən soyuqdəymənin ilk simptomlarında çuğundur şirəsini qəbul edə bilərsiniz. Qəbul etdikdən əvvəl çuğundur şirəsini alma və ya kök şirəsi ilə yarıbayarı durulaşdırmaq lazımdır.

Çuğundur sink elementi ilə də zəngindir. Sink həm kişilərin, həm qadınların cinsiyyət sisteminin fəaliyyətinə müsbət təsir edir.

Çuğundur azkalorili tərəvəzdir. Lakin onun tərkibində olan sellüloz insana uzun müddət ərzində özünü tox hiss etməyə imkan verir. Məhz bu xüsusiyyətinə görə çuğundur arıqlamaq məqsədi ilə tutulan bir çox pəhrizlərə daxildir.

Çuğundur yarpaqları da çox xeyirlidir. Onları müxtəlif qidalarda və salatlarda istifadə etmək olar.

loading...
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 2249
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
coox lazimli faydali meluamtdi
11 iyun 2015 16:27
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Happy
Bu haqda melumatim var idi. Chox sagol :)
10 iyun 2015 17:05
14
Offline
aliceWOnDer
cugundr bir tek salatda sevirem
9 iyun 2015 21:49
13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
ALESSANDRA
Çuğundur yodla də zəngindir və bu səbəbdən qalxanvari vəzi xəstəliklərin və pozulmaların qarşısını almağa kömək edir.


çuğundura nifrətim sonsuzdu)
9 iyun 2015 18:10
12
Don't trust anyone ∆
Offline
...AdaDunyam``
cugundurun faydalari haqqinda melumatin var.salatlarda ve bezi yemeklerde dadli olur
9 iyun 2015 16:09
11
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Offline
Catwoman666
cugundur cooox faydali terevezdir en cox salatlarin terkibinde olanda yeyirem
9 iyun 2015 14:48
10
Viking
Offline
Fialka
Çuğundrun faydaları haqqında məlumatım var, orqanizm üçün olduqca faydalı vitamin mənbəyidir, şirəsidə xoş olmasa da şirin dadı var içmək olar) təbii həddi aşmamaq şərtiylə)
9 iyun 2015 14:24
9
Offline
yarpaq33
Cugundurun faydalarini bilirdim onu da bilirem ki cox istifadeside ziyandi allaerqiya yaranmasina sebeb olur
9 iyun 2015 13:36
8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Nergizz
cugundur cox xeyrli terevezdi,,en esasida qan azliginin dermanidi,,hecne komek etmesede qan azligina cugundur alma ile soku hem dadli olur hem xeyrli
9 iyun 2015 11:52
7
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Offline
Yusif Ulker
cugundurun faydali oldugunu bilirdim ama xosdamiram
9 iyun 2015 11:12
6
Offline
tatyana
bu qedermi??bu qederini bilmirdim,diyetoloq deyibki cugundur apetit artirir o uzden axir vaxtlar calisiramki salatlardada istifade etmiyim
9 iyun 2015 11:09
5
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Tomris Müslümova
olduqca xeyirlidi suyunuda cekib icmek ama men icmemisem esitdiyime gore dadi yaxsi deyil
9 iyun 2015 10:42
4
Sən sadəcə mənimsən...!
Offline
qanadli melek
Cugundurun faydali oldugunu bilsemde bu qederinen xeberim yoxuydu
9 iyun 2015 10:41
3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
BARBI
Cugunduru soku cox cox faydalidir qan artirir. Bagirsaqlara faydali oldugunu bilmirdim
9 iyun 2015 09:32
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Dosta_inam
Çuğundurun qani artirmasini bilirdim,qardaşim qan azliğindan eziyyet çekende hekim mesleget görmüşdü ki,çuğundur yesin,diger xeyiri barede melumatim yox idi,salatlarda istifade edirem,çox sağ olun sayenizde diger faydalarinida öyrenmiş oldum.
9 iyun 2015 08:35
1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv