Gilasın ürəyə faydası

Müəllif: emis
Şərhlər: 4
Baxılıb: 6 456
Səs ver:
(səs: 2)
Gilas həm dadlı, həm də çox faydalı meyvədir. Gilasın tərkibində B qrupu, C, PP, A kimi faydalı vitaminlər, mis, sink, yod, dəmir, kalsium, maqnezium, marqans və s. kimi minerallar var.

Həmçinin gilasın tərkibində digər çox faydalı maddələr də var. Belə ki, gilasın tərkibində olan pektinlər bağırsaqların normal fəaliyyəti üçün çox vacibdir, "antosian" adlı maddələr ifadə olunmuş şişəleyhinə təsirə malikdir və s.

Tünd qırmızı rəngdə olan gilas ən xeyirli sayılır.

Gilas insanın immun sisteminə müsbət təsir edir.

Gilas ürək-damar sistemi üçün də çox xeyirlidir - qanın tərkibini yaxşılaşdırır, damarların divarlarını təmizləyir və möhkəmləndirir, hipertoniyadan əziyyət çəkən insanlar üçün xeyirlidir.

Gilas mədənin fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizədə kömək edir. Lakin onu da nəzərə almaq lazımdır ki, gilasın çoxlu miqdarda qəbulu ishala, köpə, mədədə ağrılara səbəb ola bilər. Gilası az miqdarlarda olmaqla (100-150 qr) gün ərzində 2-3 dəfə yemək olar. Gilası qida qəbulları arasında yemək lazımdır.

Gilas bağırsaqları müxtəlif ziyanlı maddələrdən təmizləyir.

Gilasın tərkibində yod var. Bu mineral gilası qalxanvari vəzi pozulmaları zamanı çox xeyirli edir.

Gilas dəmirlə zəngindir. Anemiyadan əziyyət çəkən insanlar bu meyvəni mütləq öz qidasına daxil etməlidir.

Gilasda antioksidantlar var. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi cavanlaşdırır.

Gilas azkalorili məhsuldur. Digər tərəfdən gilas insanı tez doyuzdurur və tox saxlayır. Bu səbəbdən arıqlamaq istəyən insanlar gilası rahat yeyə bilərlər. Hər gün qida qəbulundan 30 dəqiqə əvvəl 1 ovuc gilas yeyən insan daha az miqdarda qida qəbul edəcək və arıqlayacaq.

Gilas insanın sinir sisteminə də çox müsbət təsir edir - əhval-ruhiyyəni yaxşılaşdırır, stresdən və depressiyadan azad olmağa kömək edir.

Dəri xəstəlikləri, müxtəlif səpgiləri zamanı gilas dərini təmizləyir.

Gilas kosmetologiyada kosmetik maskalar tərkibində istifadə olunur. Gilas dərini təmizləyir, cavanlaşdırır, daha elastik və dartılmış edir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 6 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri