Çöl nanəsinin faydaları

Müəllif: aLoNe AnGeL
Şərhlər: 4
Baxılıb: 3 073
Səs ver:
(səs: 1)
Mədə ağrısı, iştahsızlıq, metabolizmlə bağlı problemi olanlara çöl nanəsindən istifadə etmək məsləhət görülür.

Çöl nanəsi mədədə əmələ gələn qazların kənarlaşdırılması və iştahın açılmasında çoxeffektiv rola malikdir. Mədədə yaranan qazların kənarlaşdırılmasında böyük faydaları olan bu bitki keçmiş zamanlarda da mədə probləri ilə bağlı məqsədlər üçün axtarılırdı. Bu bitkinin tərkibində efir yağları, tanin maddəsi və acı maddələr vardır. Tərkibində olan elementlər mədə problemləri olanlar üçün olduqca təsirlidir.

Çöl nanəsinin həmçinin kişilərdə güc artırma, ürəyi gücləndirmə, bədəndə yaranan spazmolitik ağrıları və pxisi gərginlikləri aradan qaldırma kimi faydaları da vardır.

1-2 desert qaşığı çöl nanəsi yarpağının üzərinə 1 stəkan qaynar su tökülür və 10-15 dəqiqə müddətində dəmlənir. Bu çaydan gündə üç dəfə içilə bilər. Ancaq artıq içildikdə gözlərin qaralması və baş gicəllənməsinə səbəb ola bilər.

Hamilələrdə açılışa səbəb ola biləcəyi üçün hamiləlik zamanı içilməsi tövsiyə olunmur.

Böyrək problemi olanlar da çöl nanəsinin qəbulundan yayınmalıdır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 073
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri