Qarpız tumunu atmayın, çox faydalıdır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 161
Səs ver:
(səs: 2)
Əksər insanlar qarpızı xoşlasalar da, onun tumlarını atırlar. Amma nahaq.

Axı bu tumların insanın sağlamlığına çox xeyri var. Əgər biz tumları tamamilə uduruqsa, bunun orqanizmə heç bir xeyri olmur. Amma onları əzərək çay hazırlayıb içiriksə, onda müsbət nəticəsini görəcəyik.

Trend bildirir ki, qarpızın tumunda olan liflər həzm yolunun normal fəaliyyəti üçün əhəmiyyətlidir.

Onlar insanı parazitlərdən qoruya bilərlər. Orqanizmin bağırsaq qurdlarından təmizlənməsi üçün ilıq süddə həll edilmiş qarpız toxumlarının (nisbət 1:10) tozundan istifadə edilir. Bu, bir həftə ərzində səhər və axşam qəbul edilir.

Tumlarda olan sitrullin maddəsi antioksidləşdirici təsir göstərərək damarların genişləndirilməsinə və arterial təzyiqi aşağı salmağa kömək edir. Alimlərin məlumatına görə, qarpızın tumları böyrəklər üçün çox faydalıdır. Təzə qarpız tumlarından hazırlanan çay sidikqovucu təsirə malikdir.

Hesab edilir ki, qarpız tumları yaddaşı yaxşılaşdırmağı da bacarır. Onlar, həmçinin kişilərdə potensiyanı yüksəltməyə kömək edir.

Qarpız tumlarından çayın hazırlanmasının üsulu:

4 xörək qaşığı təzə döyülmüş tumun üzərinə 2 litr su əlavə edilir və 15 dəqiqə ərzində dəmlənilir. Bu çayı iki gün ərzində içmək lazımdır. Bu proseduru iki həftədən sonra yenidən təkrarlamaq olar. Bunun üçün qarpız ekoloji təmiz olmalıdır. Öz bağ sahənizdə böyüdülmüş qarpızlardan istifadə etməyiniz daha arzuolunandır.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri