O, revmatizmdən əziyyət çəkənlərin son çarəsidir

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 1170
Paylaş:
Səs ver:
(səs: 0)
Xardal bitkisini yəqin ki, çoxlarınız tanıyırsınız.Sosislərin və digər bir çox yeməklərin yanında sevərək istifadə etdiyimiz xardal sarı rəngli, tüklü yarpaqları olan bitkidən əldə edilir. Araşdırmalar xardalın bir çox problemin çarəsi olduğunu üzə çıxarıb. Ancaq o, ən çox revmatizmdən əziyyət çəkənlərə kömək edir. Bu bitkinin meyvələrindən əldə edilən toxum revmatizm ağrılarını aradan qaldırır. Həmçinin, həzmi yaxşılaşdırır və döş xəstəliklərinin qarşısını alır.

Xardal toxumunun başqa faydaları da var. Məsələn:

* Xardal toxumu mədə və bağırsaqların fəaliyyətini gücləndirir. Qəbizliyin qarşısını alır.

*Öskürəyi kəsir, bronxial astmanı sağaldır.

*Qan dövranını sürətləndirir.

*Qida zəhərlənmələri zamanı ən yaxşı ilk yardım vasitəsidir. Çünki qidanı qaytarmağa kömək edir.

*Temperaturu aşağı salır, qripin tez sağalmasına kömək edir.

Xardalın bütün bu faydalarından yararlanmaq üçün onun toxumunu üyüdüb ədviyyat kimi istifadə edə bilərsiniz.

Sadəcə, daxilə qəbul deyil, dəri üzərindən də xardalın faydası əvəzsizdir. Məsələn, bir az yağ və ya su ilə qarışdırıb məcun halına saldıqdan sonra bədənin ağrıyan hissələrinə çəkməklə ağrılara təsir göstərmək olar. Ancaq 10 dəqiqə sonra dəri təmizlənməlidir. Çünki xardal dərini qıcıqlandıra bilər.

Bundan başqa, hamam vannasını su ilə doldurub içərisinə 1 çay qaşığı üyüdülmüş xardal tozu töküb yarım saat suda uzanmaq da faydalıdır.

Qeyd edək ki, xardalın iştahanı açmaq kimi xüsusiyyəti də var. Bunun üçün xardal toxumunu un halına saldıqdan sonra darçın ilə qarışdırıb yemək lazımdır.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1170
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook