Əncirin bilmədiyimiz faydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 10 129
Səs ver:
(səs: 0)
Əncirin sümüklərə yaxşı təsir etdiyini bilirsinizmi?
Əncir sümük sağlamlığı üçün lazım olan vitamin və minerallarla zəngindir. Bir kasa əncirdə 180 milliqram kalsium, C və K vitamini var.

Təzə əncirin kalorisi yüksək deyil, ancaq lif baxımından zəngindir. Buna görə də pəhriz saxlayanlar üçün doyumlu meyvədir.

Əncir ürək xəstəliyinin müalicəsi üçün gözəl şəfaverici dərmandır. Bundan başqa, əncirin meyvələri soyuqdəymə zamanı baş verən döş-boğaz ağrılarını, eləcə də quru öskürək iltihabını aradan qaldıran və ağrıkəsən təsirə malikdir. Bundan əlavə, sidikqovucu xassəsi də var. Ümumiyyətlə, əncir meyvəsinin doşabı qanazlığı zamanı və zəifləmiş orqanizm üçün çox xeyirlidir.

Türkiyə mətbuatına istinadən əncirin yarpağı da ürək xəstəlikləri üçün gözəl dərmandır. Onun qurudulmuş yarpaqlarının çayı ürək ağrılarını götürür. Qan təzyiqini aşağı salır və ürəyin fəaliyyətini tənzimləyir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 10 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri