Zeytun yağının bilmədiyiniz faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 916
Səs ver:
(səs: 2)
Zeytun yağını sadəcə yemək bişirərkən və gözəllik maskaları hazırlayarkən istifadə edirsinizsə, mütləq bu yazını oxuyun.

1. Sızanaqlardan xilas olun!
Yuxarıda da qeyd etdiyimiz kimi, bir çox gözəllik maskasının tərkibinə zeytun yağı əlavə edilir. Ancaq yağlı və sızanaqlı üzə belə maskaların çəkilməsi məsləhət görülmür. Halbuki, dermatoloqlar zeytun yağının sızanaqların əsl düşməni olduğunu bildirirlər. Antioksidantlarla zəngin olan bu yağ sızanaqları sağaldır. Bunun üçün 3 xörək qaşığı zeytunyağı ilə 4 xörək qaşığı duzu qarışdırıb xəmir halına salın. Maskanı üzünüzə çəkib 2-3 dəqiqə saxlayın. Kükürdlü sabun və ilıq su ilə üzünüzü yuyun. Bu maskanı hər gün çəkin. 2-3 həftə içərisində effektini hiss edəcəksiniz.

2.Təraş kremi
Həm kişilər həm də qadınlar zeytunyağından təraş kremi kimi istifadə edə bilərlər. Beləliklə, kişilərdə üz, qadınlarda isə ayaq nahiyəsi tüklərdən asan təmizlənəcək, üstəlik, dərinizin nəm balansı bərpa olunacaq.

3. Əllərinizi təmizləmək üçün…
Əllərinizi avtomobilin yağına və ya müxtəlif boyalara bulamısınızsa, təmizləmək üçün zeytun yağından istifadə edə bilərsiniz. Ovcunuzun içərisinə bir çay qaşığı zeytun yağı, eyni miqdarda duz və ya şəkər tozu töküb əllərinizi ovuşdurun, sonra sabunla yuyun. Əlləriniz həm təmizlənəcək, həm də dəriniz yumşalacaq.

4. Saçlarınızı boyadan təmizləmək üçün…
Əgər evin divarlarını özünüz boyamısınızsa, nə qədər ehtiyatlı davransanız da, saçlarınıza boya dəyəcək. Amma buna görə narahat olmağa dəyməz. Çünki zeytun yağı ilə saçlarınızdan boyanı asanlıqla təmizləyə bilərsiniz. Boyaya batan hissələrə zeytun yağı çəkib sonra pambıqla həmin yeri ovun. Qeyd edək ki, bu üsulla göz makiyajını, xüsusilə də, tuşu təmizləmək olar.

5. Mebellərinizi parıldadın
Taxta mebellər zaman keçdikcə öz parlaqlığını itirərək köhnə görünür. Əşyalarınızı yeni göstərmək üçün zeytun yağından istifadə edə bilərsiniz. Bunun üçün təmiz bir sprey şüşəsinin içərisinə zeytun yağı, bir ədəd limonun şirəsi və ağ sirkə töküb çalxalayın. Bu qarışığı mebellərinizə sıxın. Daha sonra təmiz bir bezlə mebelləri silin.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri