Bu bitki kişilərin gücünü artırır

Müəllif: emis
Şərhlər: 3
Baxılıb: 3 688
Səs ver:
(səs: 1)
Sağlam həyat tərzi keçirən və sağlam qidalanan insanlar qida rasionlarında bu bitkidən müntəzəm olaraq istifadə edir.
Bu göyərti növündə B və C qrupu vitaminləri, tokoferollar, maqnezium, kalium, kalsium, dəmir, mis, sink, selenium və bir çox digər faydalı maddələr mövcuddur. Aruqula və ya roka adlanan bu göyərtinin 7 əsas faydalı xüsusiyyəti var ki, bu səbəbdən də onu gündəlik qida rasionunuza daxil etməyiniz məsləhət görülür.
 
Qadinlar.Biz aruqulanın (roka) faydalı xüsusiyyətlərini təqdim edir:
1. Hələ qədim Roma dövründən aruqula güclü afrodizyak hesab olunurdu və bu səbəbdən də onu kişilərdə enerji və gücün artırılması üçün salatlara əlavə etmək tövsiyə olunur.
2. Bu göyərtidən müntəzəm istifadə metabolizmi normallaşdırır, həzm traktını yaxşılaşdırır və əsəb sistemini gücləndirir. Bu xüsusiyyətlər sayəsində özünüzü daha yaxşı hiss edəcək və daha gənc görünəcəksiniz.
3. Hesab edilir ki, aruquladan xərçəng xəstəliklərinə qarşı profilaktik vasitə kimi istifadə etmək olar. Həmçinin qan damarlarını möhkəmləndirir və qanda xolesterin səviyyəsini azaldır.
4. Hamilələrdə mikroelementlərin çatışmazlığını kompensasiya etmək üçün bu məhsuldan istifadə etmək məsləhətdir. Eyni zamanda süd verən analar da laktasiyanı artırmaq üçün bundan faydalana bilərlər.
5. Erkən yaşlarından bu göyərtini uşaqların salatlarına əlavə edin. Bu, uşaqlarda immunitetin və sümük sisteminin güclənməsini təmin edir.
6. Qastroenteroloqlar mədə xorası və qastritin müalicəsi zamanı aruguladan istifadəni məsləhət görürlər. Bu bitki mədə divarlarını mühafizə etmək və gücləndirmək xüsusiyyətinə malikdir.
7. Diyetdə olanlar üçün ideal qidalardan biridir: bu göyərtinin 100 qramı cəmi 25 kilokaloridir.
 
Aruqula alarkən onun yarpaqlarının ölçüsünə diqqət edin. Yapraq nə qədər balaca olsa, bir o qədər acı olacaq. Bu göyərtidən hazırlanan salatı hazırlandıqdan dərhal sonra yemək lazımdır. Aruqula müxtəlif pendirlərlə və qozla yaxşı uyğundur, ona görə də fantaziyanızı işə sala və zövqünüzə görə faydalı salatlar hazırlaya bilərsiniz.
Aruqulanın, demək olar ki, heç bir əks göstərişi yoxdur. Ancaq allergiyası olan və bu məhsula individual dözümsüzlüyü olan insanlar ondan istifadə edərkən ehtiyatlı olmalıdırlar.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri