Pişikotunun (valeryan) bilmədiyiniz çoxsaylı faydaları

Müəllif: Catwoman666
Şərhlər: 9
Baxılıb: 1612
Paylaş:
Səs ver:
(səs: 1)
Bu bitki ən tanınmış müalicəvi bitkilərdən biridir. Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur.

Dünya farmasevtik sənayenin istehsal etdiyi əksər təbii sakitləşdirici vasitələrinin tərkibinə pişikotu daxil edilir.

Pişikotu müalicəvi vasitə kimi lap qədim zamanlardan istifadə olunur. Bu otun adı latın dilindən "sağlam olmaq" kimi tərcümə olunur ("valere" - sağlam olmaq). Qədim Yunanıstan həkimləri valeryanın köklərini sakitləşdirici, ağrısızlaşdıran maddə kimi istifadə edirdilər, bu otun köməyi ilə baş ağrıları, nevrozları, hətta epilepsiyanı müalicə edirdilər.

Pişikotu əsasən güclü sakitləşdirici vasitə tanınır və kimi istifadə olunur. Pişikotu dəmləməsi, ekstraktı baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir.

Pişikotu klimaks zamanı da qadınlara yaxşı kömək edir.

Körpələr üçün pişikotu dəmləməsi əlavə olunmuş vannalar çox xeyirlidir - yaxşı sakitləşdirir, tez yuxuya getməyə kömək edir.

Pişikotu həm də ürək-damar sistemi xəstəliklərində və pozulmalarında da yaxşı kömək edir. Taxikardiya, hipertoniya, ürəkdə ağrılar zamanı pişikotu geniş istifadə olunur. Bitki qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir.

Pişikotu tək sinir və ürək-damar sisteminə deyil, mədə-bağırsaq sisteminə də müalicəvi təsir edir. Güclü spazmolitik xüsusiyyətlərinə malik olan pişikotu qida borusu, bağırsaq, mədə spazmları zamanı çox yaxşı effekt verir, köpdən azad edir, qəbizlik zamanı xeyirlidir, mədə şirəsinin ifrazını artırır, iştahanı yaxşılaşdırır.

Pişikotu qara ciyər və öd kisəsinin fəaliyyətinə müsbət təsir edir, orqanizmi qurdlardan təmizləyir.

Bundan əlavə pişikotu bronxial astma, neyrodermit, ağ ciyər iltihabı zamanı da istifadə olunur.

Hamiləlik zamanı qadınlar tez-tez gərgin, əsəbi olur, stresə və depressiyaya düşür. Bu zaman pişikotu dəmləməsi çox yaxşı kömək edə bilər.

Pişikotu dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı pişikotu kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla müxtəlif pozulmalar zamanı qəbul edilir.

Pişikotu ekstraktı (həblər şəklində) də çox təsirli müalicəvi vasitədir. Həblər gün ərzində 3 dəfə 1-2 həb olmaqla qəbul edilir.

Nəzərinizə çatdıraq ki, bütün digər müalicəvi bitkilərdə olduğu kimi, müalicəvi effektinin olması üçün pişikotu uzun müddət ərzində (3 həftə - 1 ay) qəbul olunmalıdır. Lakin daha uzun müddət ərzində bu otu qəbul etmək olmaz. Əks halda ürək fəlaiyyətində müxtəlif pozulmalar, baş ağrıları, ürəkbulanması və s. mümkündür.

Bəzi hallarda pişikotu allegiyaya səbəb ola bilər.

loading...
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 1612
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
efsane..
adeten urek xesteliklerinde istifadesi esitmisdim
13 dekabr 2015 16:24
9
Offline
vipbetul
faydali meslehetdir
24 noyabr 2015 18:25
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Vuska87
Ücretinde taxıkardiya var gerek istifade edim
24 noyabr 2015 13:52
7
Offline
Happy
Bu qədər faydalı olduğunu bilmirdim. Öyrənmiş oldum. Təşəkkürlər
24 noyabr 2015 13:30
6
Offline
Dosta_inam
Faydalı olduğunu bilirdim, bu qədərin də deyil, təşəkkür.
24 noyabr 2015 12:24
5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
BARBI
Valerianin kaplisi eseb sakitlesdirir gerginliyi aradan qaldirir. Cox faydali bir birkidir
24 noyabr 2015 09:45
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Grsu
Faydali meslehetdir,men hec otlari tanimiram da..
24 noyabr 2015 09:34
3
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Offline
evli.mutlu.cocuklu
faydalarini bilmirdim tsk
24 noyabr 2015 08:44
2
Offline
arzum-aysum
Bir çox faydalarından xəbərsiz idim. Öyrənmiş oldum
24 noyabr 2015 08:03
1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv