Sənna otu - qəbizliklə mübarizə aparır və arıqladır

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 921
Paylaş:
Səs ver:
(səs: 3)
Sənna otu həm keçmişdə, həm də müasir dövrdə ən təsirli təbii işlətmə vasitəsi sayılır.

Bu ot bağırsaqların fəaliyyətini gücləndirir və bunun nəticəsində qəbizliklə mübarizədə tez və effektli kömək edir.

Sənna otu bağırsaqlara yumşaq təsir edir və bu səbəbdən sənna əsasında olan preparatlarının pediatriyada istifadəsinə icazə verilir.

Sənna əsasən xroniki atonik qəbizlik, anus çatları və babasil zamanı işlətmə vasitəsi kimi istifadə olunur. Həmçinin sənna ödqovucu təsirinə malikdir.

Sənna otunun istifadəsi həmçinin artıq çəkidən azad olunmağa kömək edir. Məhz bu səbəbdən sənna bir çox arıqlamaq üçün olan təbii çayların tərkibinə daxil edilir.

Lakin nəzərinizə çatdıraq ki, sənna otu müalicəvi vasitədir və bu səbəbdən bu otdan yalnız qastroentoroloqla məsləhətləşdikdən sonra istifadə etmək olar. Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri və pozulmaları zamanı sənna otunun istifadəsinə icazə verilmir.

Hamiləlik zamanı da bu otdan çox ehtiyatla və yalnız ginekoloqla məsləhətləşdikdən sonra istifadə etmək olar. Bağırsaqların fəaliyyətinin artması uşaqlığa təsir edə bilər ki, uşaqlığ yığılmağa başlayacaq. Bu isə vaxtından tez doğuşa və uşaqsalmaya səbəb ola bilər.

Ev şəraitində sənna otu dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir (termosda dəmləmək daha yaxşıdır), 3-4 saatdan sonra bir neçə dəfə yaxşı süzülür və axşam yatmazdan əvvəl kiçik qurtumlarla içilir. Dəmləmənin təsiri təxminən 6-8 saatdan sonra baş verir.

Sənna otu həm qəbizliklə mübarizə aparır, həm də bağırsaqları burada yığılan şlaklar, toksinlər, nəcis daşlarından əsaslı şəkildə təmizləyir.

Bütün digər otlar kimi sənna otu allergik reaksiyalara səbəb ola bilər.

Uzun müddət ərzində sənnanı qəbul edən insanlarda bu vasitəyə alışma yaranır ki, bunun nəticəsində bu ot orqanizmə artıq lazım olan təsir etmir. Bunu nəzərə alaraq sənna otunu digər işlətmə təsiri olan otlarla növbələşmək lazımdır.

Digər tərəfdən sənnanın uzun müddət ərzində qəbulu bağırsaqla qıcıqlandırıcı təsir edir və orqanizmdə vacib duzların azalmasına səbəb olur.

Sənna otu güclü vasitədir, bu səbəbdən onu həddən artıq miqdarlarda qəbul etmək olmaz - bu zəhərlənməyə səbəb ola bilər.

loading...
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 921
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Denizimm
bilirdim bu haqqda məlumatım var idi tşk 01
27 noyabr 2015 20:12
7

heart Cox az qalib inweALLAH...ALLAHIM sen ozun komey ol bizlere heart
Offline
vipbetul
bu barede melumatim varidi
27 noyabr 2015 19:58
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Dosta_inam
Çox faydalı bitki olsada, istifadə etməmişəm.
27 noyabr 2015 15:07
5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
BARBI
Men de bele caylardan istifade edenem. Miqdarinda istifade etdikde tehlukesi yoxdur
27 noyabr 2015 09:16
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Grsu
OXUYUB BILMEK MARAQILI GELD
27 noyabr 2015 09:12
3
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
Offline
Happy
Shukur elede ehtiyacim yoxdu amma melumat baximindan oxumaga deyer
27 noyabr 2015 08:37
2
Offline
yarpaq33
Senna otunun cox istifadesi bagirsaqlari tenbellewdirir ona gorede az az istifade etmek lazimdir
27 noyabr 2015 08:13
1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv