Ana olmaq şansını artıran qida

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 5 981
Səs ver:
(səs: 2)
Bütün diyetoloq və həkimlər kətan toxumu ilə bağlı eyni fikirdədirlər: sağlam qalmaq istəyənlər gündə bir qaşıq kətan toxumu yeməlidirlər.

Görəsən, kətan toxumu niyə sağlamlığın keşikçisi hesab edilir?

Xolesterindən xilas edir
Kətan toxumu xolesterinin səviyyəsini aşağı salır. Mütəmadi olaraq istifadə etdikdə gündəlik lif ehtiyacını ödəyir. Həzm sisteminə yaxşı təsir edir.

Omeqa-3 turşuları ilə təmin edir
Bir xörək qaşığı kətan toxumu orqanizmi Omeqa-3 yağ turşuları ilə təmin edəcək. Bir çoxları bu yağ üçün balıq yeməyə üstünlük verirlər. Bu da yaxşı üsuldur. Ancaq balığı qızardaraq yeməkdənsə, 1 xörək qaşığı kətan toxumu qəbul etmək məsləhətdir. Beləliklə, qızartmanın səbəb olduğu xolesterindən də qorunmuş olarsınız.

Möcüzəvi turşu
Kəta toxumunun tərkibində "alfa lineoic” turşusu var. Bu turşu xroniki ürək xəstəlikləri və şəkər xəstəliyi üçün faydalıdır. İltihablaşmanın qarşısını alır, həmçinin, bağırsaq xərçəngindən qoruyur.

Liflə zəngindir
Kətan toxumu ehtiva etdiyi lif sayəsində xolesterinin səviyyəsini aşağı salır. Lif pəhriz saxlayanlara da kömək edir. İnsanı uzun müddət tox saxlayır. Qanda şəkərin səviyyəsini tənzimləyir. Ancaq kətan toxumunun bu faydalarından yararlana bilmək üçün onu yedikdən sonra üzərindən 1 stəkan su içmək lazımdır. Beləliklə, mədədə şişərək toxluq hissi yaradacaq.

Ana olmaq ehtimalını artırır
Antioksidantlar ehtiva edən kətan toxumu yaşlanmanın qarşısını alır. Qadınlıq hormonlarını balanslaşdırdığı üçün ana olmaq şansını artırır. Döş xərçəngi riskini azaldır. Klimaks zamanı baş qaldıran problemlərin qarşısını alır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 5 981
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri