Qozun faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 969
Səs ver:
(səs: 0)
Uşaqların zəka inkişafına da faydalı olan qoz, ürək döyüntüsünü də nizamlayır. Qoz antioksidant xüsusiyyəti ilə sinir sisteminə zərər verən Alzheimer kimi çox güclü xəstəliklərin irəliləməsinin qarşısını da alır.

Ürək və təzyiq xəstələrində qan təzyiqini nizamlayır. Qanın qatılaşması halında qoz yeyildiyi zaman qanın laxtalanmasının qarşısını alır. Ancaq bütün faydalı məhsullar kimi qozu da gərəyindən artıq yeməmək lazımdır. Qoz gündə ən çox 3 və ya 4 dənə yeyildikdə faydasını göstərir. Çünki bəlli bir qəbul miqdarını keçdiyiniz zaman əks təsir göstərə bilər. Çox yeyildiyi zaman çəkinin artmasına səbəb olur. Sədəf kimi xəstəliklərə də faydalıdır.

Qozun faydaları saymaqla bitməz. Günlük həyatımızın bir parçası olan qoz, yediyimiz bir çox şirniyyatda, şokolad, peçenye, keks kimi bir çox qidada istifadə olunur. Davamlı şəkildə qoz yemək insan sağlamlığına bir çox yöndən faydalıdır. Ürək sağlamlığına, xolesterola, sümüklərin sağlamlığına qədər fayda verir. Həmçinin qozun dəri üçün faydalı olması və bir çox kosmetika firmasının məhsullarında qozun tərkibindəki maddələrin istifadə edidiyi bilinir. Qozun tərkibindəki yüksək dərəcədəki bəzi zəngin vitamin və elementlər ümumiyyətlə sağlamlığımızın qorunmasını təmin etməkdədir.

Gündəlik yeyəcəyiniz 3 ədəd qoz qan şəkəri və xolesterol səviyyəsini davamlı bir səviyyədə saxlamağa köməkçi olur. Ürək və damar xəstəliklərini əgəlləyici xüsusiyyətinin olduğunu da demək olar.

Xolesterola faydaları:
Gündəlik 4-5 ədəd qoz yemək xolesterolu aşağı salır. Yaxşı xolesterol səviyyəsini yüksəldir, pis xolesterolun yüksəlməsinə isə əngəl olur. Bununla birlikdə damarların çevrəsini təmizləyir və genişlənmələrinə yardım edir. Beləcə ürək xəstəliklərinin yaranması riskini də azaldır.

Diabetə faydaları: Diabet xəstəliyində qarşılaşılan ən böyük problem qan şəkərinin yüksəlməsidir. Qoz isə qan şəkərinin optimal səviyyələrdə qalmasına yardımçı olmaqdadır. Beləcə diabet xəstələrinin ürək xəstəliyinə də tutulma riskini azaltmaqdadır.

Qozun xərçəngə faydaları:
Qozun xərçəng xəstəliyini müalicə etdiyini demək olmaz. Ancaq xərçəng xəstəliyinə səbəb olan faktorları ortadan qaldıra bilər və ya xəstəliyə tutulma riskini azaldar. Davamlı şəkildə qoz yemək dolaylı olaraq xərçəngə qarşı metabolizmin müqavimətini artırır.

Sümüklərə faydaları:
Bəzi mütəxəssislər qozda olan kalori miqdarının kökəlməyə səbəb olacağını iddia edir. Digər qisim isə həddindən artıq yeyilmədiyi müddətcə qozun kalorisinin sümüklərin güclənməsinə fayda gətirdiyini bildirir. Həmçinin qozla qidalandıqdan sonra meydana gələn kalorinin bədəndə toplanmadığı da qeyd olunur.

Beyin üçün faydaları:
Qoz E və B6 vitaminləri ilə zəngin olduğundan sinir sisteminə müsbət təsir göstərir. Bəzi alimlər qida maddələrinin hansı orqanımıza bənzəməsindən asılı olaraq həmin orqana faydalı olduğunu bildirir. Ancaq qozun təkcə beyinə bənzədiyi deyil, həqiqətən də beyinə faydalı olduğu bildirilir. Xüsusilə streslə mübarizədə antidepressant funksiyasını üzərinə götürən qoz, yuxu problemi olanlar üçün də faydalıdır. Yatmazdan öncə yeyilən qoz, tərkibindəki bəzi maddələrin də yardımı ilə yuxu problemini həll edə bilər.

Dəriyə faydaları:
Omega 3 yağı və zəngin mis ehtiva edən qozun dəriyə də çox faydası vardır. Hər gün 2-3 qoz yemək dərinin elastikliyini artırır və dəridəki hüceyrələrin canlı qalmalarına köməkçi olur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri