Kişmişin çoxsaylı faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 478
Səs ver:
(səs: 4)
Kişmiş çox dadlı və həmçinin faydalı məhsuldur. Kişmiş dəmləməsi xalq təbabətində müxtəlif xəstəliklər zamanı təbii müalicəvi vasitə kimi istifadə olunur. Kişmiş dəmləməsinin hazırlanması çox sadədir.
Axşamdan 1 ovuc kişmiş təmizləyin, yaxşı yuyun və termosda 1 stəkan qaynar suda dəmləyin. Səhər bu dəmləməni için.
- Kişmiş kaliumla xüsusilə zəngindir. Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir. Ürək xəstəliklərdən əziyyət çəkən insanlara kişmiş dəmləməsi çox yaxşı kömək edə bilər.
- Həmçinin belə dəmləməni qəbizlikdən əziyyət çəkən insanlara tövsiyə etmək olar. Səhər acqarına bu dəmləməni içməklə siz bağırsaqlarınızı işə salacaqsınız.
- Kişmiş dəmləməsi sakitləşdirir, yuxunun tənzimlənməsinə kömək edir. Axşam yatmazdan əvvəl 1/2 stəkan kişmiş dəmləməsini için.
- Zəhərləmə zamanı kişmiş dəmləməsi orqanizmdən toksinlərin xaric olunmasını sürətləndirir.
- Öskürək, bronxit zamanı kişmiş dəmləməsi çox yaxşı müalicəvi təsir edir.
- Vitaminlər və minerallarla zəngin olan kişmiş dəmləməsi immun sistemini möhkəmləndirir.
- Kişmiş dəmləməsi qara ciyər üçün çox faydalıdır. Sarılıq zamanı (hepatit A) xəstələrə kişmiş dəmləməsinin qəbulu tövsiyə edilir. Dəmləmə qara ciyəri çox yaxşı təmizləyir.
- Kişmiş uşaqlar üçün çox faydalıdır. Konfet əvəzinə uşaqlarınıza kişmiş verin - həm dadlı, həm də faydalı.
- Uşağın qidalanmasına əlavə qidalar daxil olunmağa başlandıqda, ona maye də vermək lazımdır. (Xatırlayaq ki, yalnız ana südü ilə qidalandırılan uşağa əlavə maye tələb olunmur.) Uşağa kişmiş dəmləməsi vermək olar. Təbii ki, əvvəllər dəmləmə çox zəif olmalıdır.
- Qara kişmiş daha faydalı sayılır. Dəmləməni hazırladıqdan əvvəl kişmişi yaxşı yumaq lazımdır. Kişmiş dəmləməsi bəzi xəstəliklər zamanı (şəkərli diabet, piylənmə) istifadə olunmur
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 4 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri