Bu ədviyyatın insana inanılmaz faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 013
Səs ver:
(səs: 1)
Darçın hələ qədim zamanlardan xalq təbabətində də geniş istifadə olunub.
 
Bu ədviyyat darçın ağacının qurudulmuş budaqlarından hazırlanır. Orqanizm üçün saysız-hesabsız faydaları olan darçın sözün əsl mənasında bir çox xəstəliklərə qənim kəsilən ədviyyatdır. Darçının ən faydalı xüsusiyyətlərindən biri qanda şəkəri tənzimləməsidir.
 
Darçın ağacının qurudulmuş budaqları

Darçın qanda xolesterenin səviyyəsini azaldaraq ateroskleroz, miokard infarkt, iflic ehtimalını azaldır.

Damarları genişləndirərək beyinin fəaliyyətini yaxşılaşdırır.

Bağırsaq iltihablarına qarşı mübarizə aparır.

Darçın orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir.

Böyrək, qaraciyər və öd kisəsinin fəaliyyətini normallaşdırır.

Qəbzlikdən əziyyət çəkənlər üçün xeyirlidir.

Mədə ağrılarını aradan qaldırır.

Bədənin müqavimətini artıraraq orqanizmin immun sistemini gücləndirir.

Cinsi fəaliyyətə müsbət təsir göstərir.

Qadınlarda menstrual ağrı zamanı müsbət təsir göstərir.

Ağızdan pis qoxunu götürür.

Qan xərçəngi xəstəliklərinin profilaktikası üçün darçın ən yaxşı vasitələrdən biridir.

Darçınla balın qarışığı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soyuqdəymə, qrip, öskürək zamanı bir çay qaşığı balla çay qaşığının üçdə bir hissəsi qədər darçını qarışdırmaq və qəbul etmək lazımdır. Yorğunluğu və halsızlığı aradan qaldırmaq üçün də darçın və baldan istifadə etmək olar. Bunun üçün bir stəkan suya bir çay qaşığı bal və çay qaşığının dörddə bir hissəsi qədər darçın əlavə etməli və səhərlər içilməlidir.
 
Darçınla və bal

Səhər yeməklərində sıyıqların üzərinə azacıq darçın səpməklə orqanizmin ümumi tonusunu lazımi səviyyədə saxlamaq mümkündür
 
Sıyıq və darçın

Nəzərə almaq lazımdır ki, digər faydalı qida məhsulları kimi darçından da qədərində istifadə etmək lazımdır. Çünki darçının tərkibində kumarin adlı maddə var ki, orqanizm onu artıq qəbul edəndə həmin maddə qaraciyər üçün ziyanlı ola bilər. Buna görə də darçının faydalarından bəhrələnmək istəyənlər darçının seylon növünə üstünlük verməlidirlər. Onun tərkibində kumarin maddəsi digər növlərdən daha az olur.

Seçiminizdə diqqətli olun və darçınla sağlamlığınızın qayğısına qalın.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 013
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri