Qadın sağlamlığı üçün naringinin faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 276
Səs ver:
(səs: 2)
Pozitiv enerji verən naringinin biz qadınların sağlamlığı üçün möcüzəvi faydaları var! Saç tökülməsindən sümük əriməsinə, qarın əritməkdən uşağın inkişafına qədər naringinin faydalarını sizlər üçün hazırladıq. 

Hamiləliyə faydalıdır:
Reproduktiv organların sağlamlığını qoruyan naringi qanı artıraraq hamiləlik müdddətində uşağın sağlam şəkildə inkişafına kömək edir.

Artıq yağları əridir:
Qarın, bud və qollardakı artıq yağları əritmək xüsusiyyətinə malik olan naringi sağlam şəkildə arıqlamağa kömək olur.

Saç tökülməsinin qarşısını alır: 
Naringi qadınlarda saç tökülməsinin qarşısını alır, tərkibindəki A vitamini sayəsində yeni saçların çıxmasına, saçların həcmli və gur görünməsinə şərait yaradır.

Diabetə xeyirlidir:
Liflə zəngin olan naringi qan şəkərini taraz saxlamaqla tez acmağın və halsızlığın qarşısını alır.

Sümük əriməsinin qarşısını alır:  
Naringi klimaks dövründə qadınların ən çox qarşılaşdığı təhlükə olan sümük əriməsinə qarşı qoruyur.

Göz sağlamlığını qoruyur:
A vitamini tərkibli naringi göz sağlamlığını qoruyur və daha yaxşı görməyə kömək olur.

Qripə qarşı qoruyur:
İmmunitet sistemini gücləndirən C vitamini ilə zəngin olan naringi qripə qarşı mübarizədə ən yaxşı vasitələrdəndir.

Naringi nə qədər və necə yeyilməlidir?
Naringi 60 kaloridir. Gündə 2 ədəd yeyilə bilər. Bu ölçü sağlam qidalanma və çəkini qorumaq üçün idealdır.
Ara yeməklərdə bir stəkan süd, kefir və ya qatıqla birgə yeyilə bilər.
Üstünə bir çay qaşığı darçın səpib, yemək aralarında yeyilsə, tox tutar və daha az yeyərək arıqlamağa kömək edər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri