Bağırsaqların xurma ilə təmizlənməsi

Müəllif: my_angel
Şərhlər:
Baxılıb: 1793
Səs ver:
(səs: 2)
Müasir insanların əksər hissəsi düzgün qidalanmır, azhərəkətli həyat sürür, lazımi miqdarda təmiz su içmir ki, bunun nəticəsində onların bir çoxu müxtəlif bağırsaq problemlərindən əziyyət çəkir - köp, həzm və sorulma proseslərinin pozulmaları, qəbizlik, bağırsaqlarda müxtəlif ziyanlı maddələrin, nəcis daşlarının yığılması və s.
Bağırsaqların normal fəaliyyəti, onların vaxtında boşalması insan sağlamlığına böyük təsir edir. Bağırsaqlar vaxtında boşalmadıqda, orada ziyanlı maddələr yığıldıqda, bu orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur - bağırsaqlarda yığılmış ziyanlı maddələr yenidən qana sorulur. Xroniki intoksikasiya orqanizmin müxtəlif orqan və sistemlərinə (böyrəklər, qara ciyər, ürək, dəri və s. ) mənfi təsir edir. Xroniki qəbizlik yoğun bağırsağı xərçənginin risk faktorlarından biri sayılır.  Bu səbəbdən xroniki qəbizliklə mübarizə aparmaq, bağırsaqları daim təmizləmək lazımdır.
Bu məqsədlə xurmadan istifadə edə bilərsiniz. Xurma qidalı liflərlə olduqca zəngindir. Bu liflər bağırsaqlara süpürgə kimi təsir edir - orada yığılmış ziyanlı maddələri süpürüb aparır. Həmçinin xurma qəbizliyi aradan qaldırır.
Sizə xurma ilə bağırsaqların təmizlənməsi üsulunu təqdim edirik.
Hər səhər acqarına 1 stəkan ilıq su için, yarım saatdan sonra 2 dənə orta ölçüdə olan xurma yeyin. Bu sizin səhər yeməyinizdir. Gün ərzində adi qaydada qidalanın və qida qəbulları arasında 1-2 dənə xurma yeyin. Təbii ki, qidalanmanız sağlam olmalıdır. Həmçinin gün ərzində siz 2 l təmiz su içməlisiniz (buna sağlamlığınızla bağlı əks-göstərişlər yoxdursa).
Bu qayda ilə 10 gün ərzində qidalanmalısınız. Bu bağırsaqların yaxşı təmizlənməsinə, bədən çəkisinin bir qədər azalmasına, üz dərisinin vəziyyətinin yaxşılaşmasına kömək edəcək.

(səs: 2)
Şərhlər:
Baxılıb: 1793
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri