Bu bitkilər dözülməz revmatizm ağrısını sakitləşdirir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 939
Səs ver:
(səs: 3)
Revmatizm ağrıları insanları ən çox narahat edən problemlərdən biridir. Bu xəstəlik adətən yaşlı insanlarda rast gəlinir. Lakin gənclər də bu xəstəlikdən əziyyət çəkir.

Revmatizm ağrısını bəzi bitkilərlə azaltmaq mümkündür. Bu məsləhətlər duzlaşmanın da qarşısını alacaq.

Revmatizm ağrılarını sakitləşdirmək üçün ayaqları rozmarin yağı ilə masaj edin. Bu yağ oynaqlardakı ağrını sakitləşdirmək üçün çox effektlidir.

Dəfnə yağı da revmatizm ağrılarını azaltmaq gücünə malikdir. Bu yağı revmatizm üçün faydalı olan digər yağlarla qarışdırıb ayaqları masaj etmək mümkündür.

Gündə bir ədəd alma yemək də revmatizmin mənfi təsirlərini minimuma endirir. Bu sizi ürək və qan dövranı problemlərindən qoruyacaq. Alma bədənə duz yığılmasının qarşısını alaraq ağrını sakitləşdirir.

İtburnu bitkisinin meyvələrindən çay dəmləyib için. Həftədə 3 dəfə bu çaydan içsəniz, revmatizm nəticəsində yaranan dözülməz ağrılar azalacaq.

Aspirin də revmatizm ağrılarına qarşı ən təsirli vasitələrdən hesab olunur.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri