Bu ətirli ədviyyat bütün dünyada tanınır. Vanil müxtəlif mətbəxlərdə şirniyyatlara, içkilərə, hətta ət xörəklərinə əlavə olunur.
Bu
ədviyyat sarmaşan bitki liana nəslindən alınır. Əsl vanil uzun tünd
qəhvəyi rəngdə borucuqlar şəklindədir. Vanil üyüdülür, yeməklərə və
şirniyyatlara əlavə olunur. Əsl vanil çox bahalıdır. Bu səbəbdən bir çox
hallarda onun ucuz analoqu - vanilin istifadə olunur. Vanilinin qoxusu
təbii vanili xatırladır. Lakin vanilin təbii ədviyyatın müsbət
xüsusiyyətlərindən məhrumdur.
Təbii
vanil tək ədviyyat deyil, bu həm də müalicəvi vasitədir. Vanil güclü
antidepressant xüsusiyyətlərinə malikdir. Vanilin qoxusu orqanizmdə
"xoşbəxtlik hormonu" adlandırılan serotoninin ifrazını artırır. Nəticədə
insanın əhval-runiyyəsi yaxşılaşır, yorğunluq, stress, həyəcan azalır.
Vanilin insanın əqli fəaliyyətinə də müsbət təsir edir, yaradıcılığı
stimullaşdırır.
Aromalampaya
1-2 damcı aromatik vanil yağını damızdırın və ya vanil yağı ilə vanna
qəbul edin. 5 damcı vanil yağını 100 q südə əlavə edib yaxşı qarışdırın
və sonra bu qarışığı vannaya əlavə edin. Belə vannanı 15 dəqiqə ərzində
qəbul edin. Stress və depressiya zamanı belə müalicəvi vannalar çox
yaxşı kömək edir.
Alimlərin fikirinə görə, təbii vanil orqanizmdə xərçəng hüceyrələri ilə mübarizə aparır.
Vanil qədim zamanlardan ən güclü afrodiziaklardan biri sayılır. Bu o deməkdir ki, vanilin qoxusu cinsi meyli artırır.
Vanil
kosmetologiyada çox geniş istifadə olunur. Vanil yağı dəriyə, saçlara
çox müsbət təsir edir, dərini cavanlaşdırır, nəmləndirir, tonuslaşdırır,
daha dartılmış və hamar edir. Ev şəraitində bir neçə damcı vanil yağını
üz və ya bədən kreminə, skraba, losyona, şampuna əlavə etmək olar.