Vişnə suyunun faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 347
Səs ver:
(səs: 0)
Gündə bir stəkan su vücudun günlük antioksidant ehtiyacını qarşılaya bilir. Yaqut qırmızı rəngli mürəbbəsini və suyunu sevə-sevə içdiyimiz albalı suyunun tərkibi minerallar və vitaminlər sayəsində bir çox xəstliyə qarşı qoruma mexanizminə keçir. Qırmızı rəng verən "antosiyanın” isə hüceyrələrin yenilənməsinə səbəb olur.

Gündə bir stəkan albalı suyu: Vücud gündəlik antioksidant ehtiyacını qarşılayır. Ürək və damar xəstəliklərindən xərçəngə tutulmaq riskini azaltmağa yardım edir. əzələ ağrılarının azalmasına, yaddaşın möhkəmlənməsinə və kiloya nəzarət etməsində əvəzsiz rola malikdir.
Rəngi və dadından dolayı, illər boyu daha çox suyu və mürəbbəsi ilə ilə sevilən albalı, bir çox xəstəliklərdən qoruya bilir. Albalı əsl vitamin deposudur. Tərkibindəki A və B vitamini sodium, potasium, kalsium və fosfor mineralları ilə qızdırma kimi xəstəliklərdən qoruyur.

Dadı turşməzə və qara gilasa nisbətən daha az şəkərli olduğu üçün az kalori verir. Mədə və qaraciyərin davamlı olaraq yaxşı işləməsinə kömək etməkdən əlavə, vücudda yığılan artıq suyun xaricə çıxmasına da kömək edir. Albalının meyvələri yeyildikdən sonra sapları atılmayıb kölgə və hava olan bir yerdə qurudulsa, böyrəkləri və sidik yollarını təmizləyər, Albalının tərkibində olan bəzi minerallar səbəbiylə bədənin su tarazlığını nizamlayır, bədəni gücləndirici tonik funkisyasını yerinə yetirər.

Təbii ağrıkəsici: Albalı əzələ ağrılarını azaldır. İdman və məşqlərdən sonra tərkibindəki antosiyanın sayəsində rol oynamır. Ağrıkəsici yerinə təbii və dadlı albalı suyu için.

Zehni açır: Damarların sərtləşməsinə mane olur, qan dövranını nizama salıb, iltihablanmasının qarşısını alır. Albalı suyu xalq arasında zehni açması ilə tanınır, yaddaşı möhkəmləndirməsi üçün son dərəcə faydalıdır. Antosiyanın, beyin hüceyrə divarlarına nüfuz edərək antioksidant qorumasını həyata keçirir. Mütəxəssislər, tələbə və şagirdlərə gündə bir stəkan albalı suyu içməyi məsləhət görür.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri