Stressin dəriyə təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 188
Səs ver:
(səs: 1)
Gündəlik həyatın problemləri və işdəki stress sağlamlıqla yanaşı, dəridən də təsir ötüşmür. Stressi özündən kənarlaşdırmasanız, bu ciddi problemlərə yol açır. 


Problemsiz dəridə bir-birə sızanaq çıxırsa, bunun 90 faizi stresslə bağlıdır. Stress nəticəsində təkcə sızanaq deyil, quruluq yaranır və qırışların əmələ gəlməsinə zəmin hazırlayır. 

Stress dərinin üzərində özünü necə göstərir? 
Stress olduğu zaman vücudda kortizal yüksəlir və yağların çoxalmasına səbəb olur. Vücudda lazım olduğundan artıq yağ isə masamələrə tıxanıb dəridə ləkə və sızanaq yaranmasına gətirib çıxarır. Normal halda sızanaqlara sahib olmayan xəstələrdə belə stress sızanaqların yaranmasına səbəb olur. 

Üzünə ilk dəfə sızanaq çıxan insanlarda bir nömrəli səbəb, stressdir. Dəridəki probelmlərlə mübarizəyə başlamazdan əvvəl stressi uzaqlaşdırmaq lazımdır. Stressi yox etmək üçün antioksidantlarla zəngin yaşıl çaydan və masajdan istifadə etmək olar.

Stress dəri xərçənginə səbəb olurmu? 
Stressin dəri xərçəngini yaradan ən təsirli üsullardan biri olduğu araşdırılıb. Alimlər də bu fikri dəstəkləyib. Ohio State Universitetində araşdırmaçıların siçanlar üzərində apardığı təcrübə də stressin dəri üzərində mənfi təsirə malik olduğunu təsdiqləyib. Xüsusən də UV şüalarına məruz qalanlar da bu təsir daha çoxdur. Günəş dəri xərçənginə səbəb olan bir nömrəli düşməndir. 

Qarşısını necə almaq olar?
Stress səviyyəsini aşağı salmağın ən təsirli yolu, sağlam qidalanma, düzgün nəfəs alma və idmandır. 

Yuxu həlli 
Yetərli miqdarda yatdığınız zaman stressi nəzarət altına almaqla dərinin gecə rahat nəfəs almasına icazə verə bilərsiniz. 

Gərginliyi azaldın
Bitki yağları və uçucu qoxular stress azaldıcı vasitələr arasındadır. 

Bilirsinizmi? 
Özünüzü yaxşı hiss etsəniz belə, stressi atmaq çox əhəmiyyətlidir. Beləcə, sərbəst radikal inkişafına mane olaraq erkən yaşlanma və hüceyrələrin pozulmasının qarşısını ala bilərsiniz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri