Beynin dostu qoz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 413
Səs ver:
(səs: 0)
Qoz şəklinin beynin kiçildilmiş bir modeli olduğuna heç diqqət etmisinizmi?
Ətrafındakı yaşıl qabıq baş dərisinə, sərt qabığı insan kəlləsinə içindəki incə qat beyin qatına, meyvəsi ilə də beynin şəklinə tamamən bənzəyir.

Qoz həm təzə həm də quru halda istifadə oluna bilir. Tortlara, ətli yeməklərə, plovlara, makoronlara və s. yeməklərə qatılaraq onların ləzzətini artırır. Bütün dünya mətbəxlərində olduğu kimi, Azərbaycan mətbəxində də özünə geniş yer alan bu qidanı faydalarını isə saymaqla qurtaran deyil. Tərkibində doymamış yağ turşuları olan qoz, digər sərt qabıqlı meyvələr kimi yağ səviyyəsi yüksək olsa da, daha az miqdarda doymuş yağ turşusuna malikdir. Qozda olan bu yağlar bitki tərkibli yağlara çox uyğun gəlir. Qoz eyni zamanda lif, tanin, polifenol kimi sağlamlıq üçün yararlı olan bir çox maddələrlə zəngindir. 
Qoz ləpəsi kalsium və fosfor maddəsi ilə zəngin olduğu üçün zehni yorğunluğu aradan qaldırır, sümük və dişləri bərkidir. Sinir sisteminin, əzələ toxumasının çalışması üçün lazım olan maddələrlə zəngin bir qidadır. Tərkibində maqnezium çox olduğu üçün əzələləri sakitləşdirir. Qırmızı qan hüceyrələrinin artmasına, ağ ciyərlərdnə oksigenin toxumalara daşınmasına kömək edir. Qan azlığı xəstəliyində lazım olan dəmiri də qoz istifadə etməklə aradan qaldırmaq olar. Xüsusi ilə antioksidant bolluğuna görə xərçəngdən qorunmağa kömək edir, həzm sistemini gücləndirir. Aparılan araşdırmalara görə yemək sonunda istifadə olunan qoz, yağlı qidaların damarlara verdiyi ziyanı aradan qaldırır. Araşdırmalardan məlum olmuşdur ki, istər qoz istərsə də sərt qabıqlı meyvələr ürək infarktriskini otuz ilə əlli faiz arasında azaldır.

QOZDAN İSTİFADƏ EDƏRKƏN DİQQƏTLİ OLUN!!!
Güclü enerji mənbəyi olan qozdan həddindən çox istifadə etməklə kilonuz üzərində olan nəzarəti itirmiş olursunuz.Buna görədə qozu ovucla yemək yox, sayaraq yemək məqsədə uyğundur. Bir qozda ortalama 25 kalori, 8 qoz isə təqribən 200 kalori verə bilir. Kilo probleminiz olsa da, gündə 8 qoz yeyə bilərsiniz, bu şərtlə ki, ya 200 kalorini başqa yediyiniz qidalardan kəsəcək, ya da 200 kalorini xərcləyə biləcək bir yürüş etməlisiniz.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 413
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri