Çuğundurun
özünü yeyə bilməyənlər şirəsini içə bilərlər. Ürəkbulanmanın baş
verməməsi üçün çuğundur şirəsini çəkəndən sonra bir az soyuducuda
saxlayıb sonra içmək lazımdır.
Çuğundurun
faydalarını saymaqla bitməz. Bu tərəvəz həzmi yaxşılaşdırır, mikrobları
öldürür, ürəyin işini tənzimləyir, trombların yaranmasının qarşısını
alır.
Tərkibindəki maqnium sayəsində təzyiqin aşağı salınmasına kömək edir.
Qalxanabənzər
vəzin xəstəliklərində faydalıdır. Tərkibi yodla zəngin olduğu üçün
zobdan əziyyət çəkənlər üçün əvəzolunmaz dərmandır.
Qırmızı
çuğundurun tərkibi antioksidantlarla zəngindir, qırmızı çuğundura
rəngini verən piqmentlər xərçəngə qarşı mübarizədə təsirlidir.
A,
B, C və P vitaminləri ilə zəngin olan bu tərəvəz qanazlığının
dərmanıdır. Qanazlığından əziyyət çəkənlər bu tərəvəzi gündəlik
menyularına daxil etməlidirlər. Salatlarda istifadə etmək çox
yararlıdır. Bəzi ölkələrdə onu "qan meyvəsi” adlandırırlar. Bu da
səbəbsiz deyil. Kök suyu ilə qarışdırılan qırmızı çuğundur suyu
içildiyində qırmızı qan hüceyrələrinin sayını qısa zamanda çoxaldır.
Çuğundur eyni zamanda fosfor, dəmir, mis, maqnezium, kalsium, brom, sink və manqanla zəngin olub, immun sistemini gücləndirir.
Xüsusilə, soyuq qış aylarında qırmızı çuğundurla qidalanmaq orqanizmin müqavimətini artırır.
Çuğundur
suyu təzyiqə qarşı da təsirlidir. Bir stəkan çuğundur suyu içmək
təzyiqi aşağı salır. Müntəzəm olaraq bu tərəvəzdən istifadə edən
insanların təzyiqi nizamlanır.