Yemişin bu faydalarından xəbəriniz var?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 533
Səs ver:
(səs: 0)
Yemişin faydaları nələrdir?
Yaz aylarının ən şirin, ən gözəl meyvələrindən biri olan yemiş, qoxusuyla insanı sakitləşdirir. Yeməkdən əvvəl yemiş yemək çox faydalıdır. Həzm orqnlarını təmizləyir və xəstəlikləri aradan qaldırır.

Böyrəkdə olan qumların tökülməsi zamanı rahatlaşdırıcı və sakitləşdirici kimi məsləhət görülür. Böyrək - sidik kisəsi iltihabında yemiş tumu, qarpız tumu və xiyar tumu faydalıdır. 

Yaz aylarında tez-tez istifadə etdiyimiz meyvələr arasında yer alan yemişin sağlamlığımıza verdiyi  faydasını saymaqla bitmir. Yemişin insan orqanizmi üçün ən gözəl faydaları aşağıdakılardır:

Bədəni sərinlədir. Sidik qovucudur. Yemişin sidikqovucu xüsusiyyəti də var. Sidik yolu xəstəliklərindən şikayət edənlərə bol - bol yemiş yemələri tövsiyə edilir.

Qəbizliyi aradan qaldırır.

Revmatizm və babasil ağrılarını azaldır.

Böyrəkləri təmizləyir. Böyrək daşlarını və qumlarını tökməyə köməkçi olar.

Sakitləşdirici təsiri ilə rahatlıq verir və yuxusuzluğa yaxşı gəlir. 

Dərinin təzə görünməsini təmin edir. Dəriyə qulluq üçün də faydalı olan yemiş, əzilib soyuq südə qatıldıqdan sonra üzə çəkildikdə dərini nəmləndirir. Xüsusilə quru dərilərə çox faydalıdır. 

Tumları döyülüb suda qaynadıldıqdan sonra əldə edilən su içildiyi zaman sinə ağrısı və öskürəyə yaxşı gəlir. Bəlğəm, burun tıxanması kimi tənəffüs yolu xəstəliklərinin aradan qaldırılmasına da kömək edir.

Yanıqlara yemiş qoyulsa, ağrını yüngülləşdirər və yaxşılaşmasını sürətləndirər.
 
Yemiş tam olaraq yetkinləşmədən yeyilməməlidir. Ayrıca, mədə xorası və həzm sistemi iltihabı olanlara yemiş yemək tövsiyə edilmir.
 
Qaraciyər xəstələrində də yemiş tumunun suyu faydalıdır. Lakin gündə bir stəkandan çox içmək məsləhət deyil.

Ət bişirərkən qabıqlarından bir parça əlavə edilsə, ət tez bişər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri