Limonun faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 884
Səs ver:
(səs: 2)
Artıq çəki problemindən xərçəngə qədər bir çox dərdə dərman olan limonu daha tez-tez yemək istəyəcəksiniz!
Limonun tərkibindəki qida dəyərinin yüksək olduğunu demək az olar. Yalnız əlavə olunduğu yeməklərə ləzzət əlavə etməklə qalmaz, sağlamlıq baxımından da bir çox faydası var. Suyundakı flavonoidlər antioksidant tərkiblidir və bu səbəbdən bir çox xəstəliyi sağaltmaq və hətta qarşısını almaq üçün də əhəmiyyətlidir.
Böyrək daşlarının qarşısını alır
Hər gün yarım stəkan limon suyu içmək, sidik sitrat səviyyələrini yüksəldir. Araşdırmalar bunun böyrək daşlarını əngəlləməkdə olduqca təsirli olduğunu göstərir.
 
Boğaz ağrısını sakitləşdirir
Limon suyunu balla qarışdıraraq istehlak etmək hər hansı bir boğaz ağrısını yüngülləşdirməyə yardımçı olur.
 
Artıq çəki verməyi dəstəkləyir
Limon suyu artıq çəki itkisi mübarizələrinə kömək göstərən həll oluna bilən bir lif olan pektin tərkiblidir.
 
Günə yaxşı başlamanızı təmin edir
Kofeinli içkiləri bir kənara qoyun və günə isti suya qatılmış təzə limon suyu ilə başlayın. C vitamini möhkəmlətməsi olduğu kimi, həzm sisteminizi sürətləndirməyə də yarayır.
 
Qaşınmanı dayandırır
Sarmaşıq və ya həşərat sancmalarından yaranan qaşınmalar söz mövzusu olduğu zaman, qaşınan bölgə üzərinə limon suyu çəkiləndə rahatlama təmin edilir.
 
Həzm sistemini sürətləndirir
Həkimlər limon suyunun artıq çəki verməyə çox təsirli olduğunu hər fürsətdə dilə gətirir. Orqanizminizin lazımsız tullantılardan daha sürətli şəkildə təmizlənməsi üçün limon suyuna qatılmış kətan toxumu içmənizi təklif edir.
 
Xərçəngin qarşısını alır
Araşdırmalara görə, limon hüceyrələri xərçəng hüceyrələrinin yaranmasına yol açan zədələrdən qoruyan maddələrə malikdir.
 
Kalium gücü
Orqanizminizə kalium qatmağın yeganə yolu banan deyil. C vitamininə əlavə olaraq, limon orqanizminizin güclü və çevik qalmasına yardımçı olacaq kaliumun da 80 milliqramnı verir.
 
Qızdırmanı salır
Qızdırmanız olduğu zaman limon suyu qarışımları içmək qızdırmanızın daha sürətlə düşməsinə yardımçı olur.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 884
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri