Kartofun bu faydalarını heç yerdə oxumamısınız!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 503
Səs ver:
(səs: 0)
Dünyada ən çox istifadə edilən tərəvəz kartofdur. Hətta iqtisadçılar iddia edirlər ki, kartof olmasa idi, dünyada kasıb ailələr indikindən daha çox əziyyət çəkər və acından ölənlərin sayı inanılmaz dərəcədə artardı. Qida rasionumuzda böyük yer tutan bu tərəvəzin sağlamlığa zərərli olduğunu, insanı kökəltdiyini deyənlərin sayı kifayət qədərdir. Ancaq alimlər kartofun ən faydalı tərəvəzlərdən biri olduğu ilə bağlı həmfikirdirlər. 

Kartofun daha öncə heç yerdə eşitmədiyiniz faydalı xüsusiyyətlərini araşdırıb. Belə məlum olub ki, kartof ur (zob) xəstələri üçün faydalı qida hesab edilir. Çünki tiroid vəzinin düzgün işləməsini təmin edir. Maqneziumla zəngin olduğu üçün saç və dərinin gözəlliyini qoruyur.Tərkibindəki B vitamini sayəsində əsəbləri sakitləşdirir, yorğunluğu aradan qaldırır. Bol miqdarda lif ehtiva etdiyi üçün bağırsaq xərçənginə qarşı təsirlidir. Bağırsaqlardakı zərərli bakteriyaları məhv edir. Həmçinin həzm sisteminə yaxşı təsir edir. İshal, qəbizlik kimi halları aradan qaldırır. Suda bişmiş kartofu əl və ayaqlara maska kimi çəkdikdə dərini yumşaldır və çatları sağaldır. Tərkibində bol miqdarda C vitamini var. Elə buna görə də yağları yandırır, immunitet sistemini gücləndirir. Cinsi gücü artırdığı da araşdırmalarla sübuta yetirilib. 

Ancaq kartofun sadaladığımız faydalarından yararlanmaq istəyirsinizsə, onu sobada, suda və ya buxarda bişirməlisiniz. Qızartdıqda o, sağlamlıq üçün təhlükəyə çevrilir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 503
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri