Bəli,
zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox
təəssüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik.
Zəncəfil mədə bağırsağın hərəkətini artırır, bədəndən köpü çıxardır, mədə-bağırsaq ağrılarında çox faydalıdır.
Zəncəfil
həmçinin həzmin ağır getməsində faydalıdır, iştahaçıcıdır, ürəkbulanma
zamanı zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanı qarşısını alır,
hətta hamilə qadınlar zəncəfildən istifadə edə bilərlər.
Zəncəfil
cinsi istəksizlikdə (zəiflikdə) faydalı olmaqla yanaşı həm də spermanın
miqdarını artırır, buna görə də sonsuzluğun müalicəsində balla
qarışdırıb məcun hazırlanılır və istifadə edilir.
Zəncəfil
bədənində, əlində və ayağında soyuqluq olanlar üçün əsl şəfadır.
Zəncəfil bədəndə qan dolaşımını artırır bununla da bütün iltihabı
xəstəliklərin müalicəsində çox faydalıdır.
Zəncəfil revmatizm xəstəliyində də faydalıdır.
Zəncəfil
çox yaxşı təbii ağrıkəsicidir. Beynimizə gedən qanın miqdarını artırır,
skleroz, Alshaymer kimi xəstəliklərin əvvəlcədən baş verməsinin
qarşısını alır, insanın hafizəsini və əzbərləməsini dərinləşdirir.
Zəncəfil həmçinin yaddaşsızlıq ve diqqətsizliyi aradan qaldırmağa kömək edir.
Bronxit
xəstəliyi üçün faydalıdır, bəlğəmin tərkibini durulaşdırır.
Soyuqdəymələr və boğazgəlməsi üçün faydalıdır, çünki çox yaxşı
tərlədicidir.
Bütün saydığım xəstəliklər zamanı zəncəfilin çayından və məcunundan istifadə edə bilərsiniz.
Çayı belə hazırlanılır:
-
1/3 çay qaşığı zəncəfil tozunu 1 stəkan adi çaya və ya qaynar suya
qarışdırıb gündə üç dəfə yeməkdən əvvəl bir stəkan içə bilərsiniz. Eyni
zamanda bu çay piylərin əriməsinə və adamın arıqlamasına səbəb olur.
Məcun isə belədir:
- 50 qram zəncəfil 500 qram bal ilə qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir.
Sağlamlıq
üçün 1 xörək qaşığı bal, 1 çay qaşığı alma sirkəsi, 1/3 çay qaşığı
zəncəfil qaynadılmamış suda qarışdırıb bir stəkan səhər, bir stəkan
axşam yatmazdan əvvəl içilir.
Ümumiyyətlə zəncəfil tozunu meyvə şirəsinə, adi çaya, salatlara, hətta sulu yeməklərə qarışdırıb istifadə edə bilərsiniz.
Yaxşı
olardı ki, zəncəfili özünüz alıb üyüdəsiniz və hava buraxmayan qabda
saxlayasınız. Bu həm çox ətirli olur, həm də təmiz olmasına şübhə qalmır