Bitki yağlarının faydaları - Qarğıdalı və günəbaxan yağları

Şərhlər: 5
Baxılıb: 4 797
Səs ver:
(səs: 2)
Bitki mənşəli yağlar insan orqanizmi üçün çox faydalıdır. Elə buna görə də, həkimlər gündəlik rasionumuzda bitki yağlarına yer ayırmağımızın vacibliyini hər dəfə vurğulayırlar. Günəbaxan, qarğıdalı, zeytun, soya, küncüt ... kimi bitki yağları vardır ki, onları mətbəximizdən əksik etməməyimizdə fayda var. Amma biz xanımlar mətbəxdə daha çox günəbaxan, zeytun və qarğıdalı yağlarıdır. Bugün sizə bu yağlardan ikisi – günəbaxan və qarğıdalı yağlarından, onların fayda və zərərlərindən yazırıq.
Günəbaxan yağı
Bu yağ məlum olduğu kimi, günəbaxan bitkisinin tumundan hazırlanır. Onu müxtəlif üsullarla əldə edirlər. Amma ən keyfiyyətli yağ isə soyuq sıxma üsulu ilə alınır. Belə üsulla alınan yağ çox dadlı və xoş ətirli olur. Tərkibindəki bioloji aktiv maddələrin demək olar ki, hamsı saxlanılır.

Günəbaxan yağının faydaları və zərərləri
Günəbaxan yağı orqanizmdəki zərərli yağları əridən E vitaminilə zəngindir. E vitamini ateroskleroz və digər ürək xəstəliklərini müalicə edən mükəmməl antioksidantdır. O, immun sistemini möhkəmləndirir, yaşlanmanı əngəlləyir, qaraciyər üçün çox faydalıdır. Tərkibindəki E vitamini sayəsində günəbaxan yağı cinsi və digər endokrin vəzilərin funksiyalarına yaxşı təsir edir, zülallar və karbohidratların mübadiləsində iştirak edir və yaddaşı gücləndirir. Günəbaxan yağının zərərli tərəfləri, demək olar ki, yoxdur. Amma onun saxlanma və ya istifadə qaydaları pozularsa, bu zaman günəbaxan yağı sizin səhhətinizdə mənfi təsir yarada bilər. Qeyd edək ki, günəbaxan yağı yüksək kalorili məhsullar siyahısına daxildir. Ona görə də ondan gün ərzində 20 qram istifadə etmək məqsədəuyğundur. Qızartma yeməkləri bişirdikdə onun tərkibindəki faydalı komponentlər itir. Onun faydasını görmək üçün yaxşı olar ki, ondan salatlarda istifadə edəsiniz. Məhz bitki yağının iştirakı ilə tərəvəzlərdəki beta-karotin A vitamininə çevriləcək. Beləliklə, günəbaxan yağı salatlar üçün daha çox idealdır.

Qarğıdalı yağı
Qarğıdalı yağı da orqanizmimiz üçün çox faydalı bitki yağlarındandır. O qarğıdalı dənələrindən istehsal olunur. Özünəməxsus ətri və dadı var. Kimyəvi tərkibinə görə günəbaxan yağına bənzəyir. 

Qarğıdalı yağının faydaları və zərərləri
Qarğıdalı yağı mineral maddələrlə, kalium, fosfor, maqnezium duzları var. Tərkibindəki E vitamini isə zeytun yağına nisbətən 10 dəfə çoxdur. Qağıdalı yağı əzələləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Əgər siz piylənmədən əziyyət çəkirsinizsə xörəkləri yalnız bu yağla bişirməlisiniz. Kosmetoloqlar qarğıdalı yağını üzdəki qırışlara qarşı gözəl vasitə hesab edirlər. Qarğıdalı yağı ancaq istisna hallarda onun tərkibindəki komponentlərə fərdi həssaslıq zamanı zərərli ola bilər.Qarğıdalı yağı bişirilərkən kanserogenlər əmələ gətirmir, köpüklənmir və yanmır. Bu baxımdan ətin, balığın, tərəvəzlərin qızardılması və buğlanması üçün yararlıdır. 

Diqqətli olun!
Bitki yağlarının üç əsas düşəməni var: işıq, isti və oksigen. Buna görə də onları yanan sobanın yanında və pəncərə qarşısında saxlamaq olmaz. Yağın saxlanıldığı qabın ağzını kip bağlamaq lazımdır.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri