Limonun bilmədiyiniz daha 4 faydası

Şərhlər: 4
Baxılıb: 2 498
Səs ver:
(səs: 1)
Yaz gələnə yaxın xanımlar həmişə evlərində bahar təmizliyi edirlər. Bu vərdiş, əsasən, Novruzun gəlişilə də əlaqədar olur. Elə vəziyyəti nəzərə alıb təmizlikdə işinizi asanlaşdırmaq üçün sizə kiçik ipucu veririk. Bu ipucu mətbəxinizdə olan limonun bilmədiyiniz 4 faydası ilə bağlıdır. 

Qoxusu ilə canlandırıcı və yeniləyici təsirə malik olan limonun bilmədiyiniz 4 istifadə qaydası:
1. Mətbəx taxtanızı dezinfeksiya edərkən: Mətbəx taxtasını tez-tez təmizləmək lazımdır. Buna görə də, sizə təbii çıxış yolu təqdim edirik. Taxtanın üzərinə bir az limon tökün və iki yerə böldüyünüz limonla duzu yayın. Yayma prosesində limonu sıxın ki, su taxtaya yaxşıca təmas etsin. 5 dəqiqə gözləyib taxtanı yaxalaya bilərsiniz.

2. Təbii təmizlik losyonu hazırlaya bilərsiniz: Spreyli bir şüşə qaba 1 stəkan sirkə və 1 stəkan su əlavə edin. Qarışımın içinə limon dilimləri də əlavə edin. Limonların suya və sirkəyə yaxşısa qarışması, losyonun alınması üçün 1-2 həftə gözləyin. Daha sonra isə tozlanan şkaflarınızı və şüşələrinizi çox pul xərcləmədən təbii yolla təmizləyə bilərsiniz.

3. Mikrodalğalı sobanızı təmizləyin: Makaron və şorbabı isitdikən sonra mikrodalğalı sobanın içinə sıçramış, yapışmış yemək dənələrini (yağı) görə bilərsiniz. Bu dənələr və yağlar hər istifadədə sobanın divarlarına daha çox yapışır. Bunları təmizləmək üçün limonu ortadan iki hissəyə ayırın, su dolu bir kasanın içinə qoyun və qarışımın olduğu bu kasanı mikrodalğaya yerləşdirin. Sobanı 1-2 dəqiqəlik işlədin. Limonlu suyun buxarı sobanın divarlarına yapışıb qalmış yağ və yemək dənələrini yumşaldacaq. Sizə isə sadəcə sobanın içinə bir bez çəkmək qalacaq.

4. Mətbəxdə qab yuyulan çanağı dezinfeksiya edin: Çanağa bir az duz tökün. Limonu ortadan iki hissəyə bölün və yarısı ilə duzlu yeri ovun. Limon kirlə bərabər çanaqdakı su ləkələrini də təmizləyəcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 498
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri