Gül kələmin faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 6 503
Səs ver:
(səs: 1)
Kələm ailəsi - insan sağlamlığı üçün çox faydalı tərəvəzlərdəndir. Bu bitkilər tərkibində olan zəngin vitaminlər və minerallar sayəsində insan bədənini toksinlərdən təmizləyər, xərçəng riskini azaldar və bədənə çoxlu minerallar və liflər daxil edər.
Kələm ailəsindən olan gül kələm - çox faydalı və salatlarda, yeməklərdə istifadə olunan tərəvəz növündəndir. Adətən bu bitkinin ağ hissəsindən istifadə edirlər. Ancaq tədqiqatlar göstərir ki, gül kələmin yaşıl yarpaqları da sağlamlıq üçün çox xeyirlidir. Belə ki, mütəxəssislərin nəzərinə görə, bu yarpaqlar kalsium deposudur və 100qr. kələm yarpağında 600milliqr kalsium mövcuddur.
Gül kələmin 50qr. yarpağında 20milliqr dəmir vardır ki, insanın gündəlik ehtiyaclarından çoxunu belə təmin edə bilər. Çünki insanın dəmirə olan gündəlik ehtiyacı 15milliqr-dır.
Gül kələmin yarpaqlarında protein və amin turşuları mövcuddur. Hər 100qr. yarpaqda 20milliqr protein vardır.
Yarım stəkan gül kələmi yarpağında C vitamininə olan gündəlik ehtiyacın yarısını təmin etmək olar. Ona görə də gül kələmin özündən istifadə etdiyiniz kimi, yarpaqlarından da faydalanın.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 503
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri