Lavanda bitkisinin faydaları

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 6 418
Səs ver:
(səs: 2)
Lavanda bitkisi hәm çiçәklәri, hәm otu, hәm dә toxumları olduqca faydalıdır. Bәzi bitkilәrin istәr iyi, istәrsә dadı bәzәn acı vә xoşagәlmәz olsa da lavanda hәm әtrinә görә vә hәm dә dadına görә fәrqli bir bitkidir.  
Avropada demәk olar bütün dövlәtlәrdә lavanda plantasiyaları, lavanda sahәlәri o qәdәr gözәl olur ki, dövlәtә gәlәn xarici turistlәri bu sahәlәrә gәzmәyә gәtirirlәr vә bu sahәlәrdәn o qәdәr  gözәl әtir gәlir ki, bura gәlәn insanlar bu sahәdәn ayrılmaq istәmirlәr. Lavandanın hәm әtri, hәm dә çayı insanların әsәblәrini çox sakitlәşdirir.
 
-­ Lavanda toxumlarını 50 qram götürün, balaca bir yastıq hazırlayın, bunu kiçik uşaqların yataq yerinin yaxınlığına qoyun, uşaqların hәm әsәblәrinә yaxşı tәsir edir, hәm dә gözәl әtri otağa yayılır. ­
 
-Lavanda bitkisindәn 2 xörәk qaşığı 2 stәkan suda dәmlәyin süzün, başınıza bu suyu töküb saçlarınızı yaxalayın, bu dәmlәmә hәm saçları gurlaşdırır, hәm dә kәpәklә vә saçların tökülmәsi ilә mübarizә aparır.
 
-­ Nevrozdan әziyyәt çәkәn insanlar üçün ideal bir çay: 1 xörәk qaşığı lavanda, 1 xörәk qaşığı cökә çiçәyi qarışdırın, 3 stәkan su tutan termosda dәmlәyin vә 1 xörәk qaşığı bal әlavә edin. Bu çayı gündә 3 dәfә yemәkdәn әvvәl 1 stәkan için. Hәm gözәl әtri vә dadı var, hәm dә çox gözәl bir yuxu verir. ­
 
-Maraqlıdır lavandanın iyi insanların nә qәdәr xoşlarına gәlirsә, kiçik hәşәratların da o qәdәr xoşlamadığı bir iydir. Ona görә dә lavanda dәmlәmәsi bit, birә, qoturluq kimi yolxucuları bәdәndәn vә başdan uzaqlaşdırır. Bunun üçün lavanda dәmlәmәsi ilә vanna etmәk lazımdır vә lavandalı suyu otaqlarınıza püskürmәklә dә belә hәşәratlardan azad ola bilәrsiniz. ­
 
-Lavanda çox efirli bitki olduğundan şәhәr bağlarında әkilmәsi çox mәqsәdәuyğundur, çünki lavanda bitkisi havada müxtәlif virusları mәhv edir vә kütlәvi yayılmasının qarşısını alır, mәsәlәn donuz qripindәn, quş qripindәn, adi qripdәn qorunmağın әn tәbii üsuludur. ­
 
-Lavanda otunun qurusunu işlәnmәyәn paltarların yorğan vә döşәklәrin arasına qoyanda güvә yaxın düşә bilmir. Evinizdә qrip xәstәsi varsa otağa tez­tez lavandalı su püskürdün, belә etsәniz evdә heç kim qripә yoluxmaz. inşAllah
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 6 418
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri