Xalq
təbabətində badam ləpəsi qan azlığında, bronxial asmada və yuxusuzluqda
işlədilir. Badam yağı ürək və qulaq ağrısında, sətəlcəmdə, iltihabda və
boğaz ağrısında faydalıdır. Badamda xüsusi maddə vardır ki, o
orqanizmin hüceyrələrini qoruyur və onları sağlam saxlayır.
Yataq
yarasında badam yağı bədənin xaricinə çəkilir. Badam orqanizmdə olan
pis xolesterinin miqdarını azaldır. Şərq təbabəti təsdiq edir ki, badam
və əncirin qarışığı jenşenin bütün faydalı xassələrini üstələyir. Badam
şəkərlə birlikdə asmada, plevritdə, bağırsaq və sidik kisəsində yara
olanda çox faydalıdır. Badam kişiliyin qüvvəsini artırır, görməni
yaxşılaşdırır. Badam sevənlər üçün yaxınlaşan qocalıq qorxulu deyildir.
Badamı sevənlər istənilən yaşda özlərini gümrah, cavan və yüngül hiss
edir.
İnfarkdan
sonra 100 qr badam ləpəsini qaba töküb, üstünü örtənə qədər qaynar
qaynanmış su tökmək, 10 dəq. saxlayıb qabıqları təmizləmək. Həvəndəstədə
xəmirə çevrilənə qədər əzmək və bu zaman vaxtaşırı 2-3 x.qaşığı soyuq
qaynanmış su əlavə etmək. Alınan kütləni bir bankaya töküb üstünə 3
stəkan qaynanmış soyuq su tökmək, qarışdırmaq və sıxıb süzmək. Süd
rəngli maye alınacaqdır. Sıxılıb süzülmə zaman qalan iri hissələri
təkrar əzmək su əlavə etmək və sıxıb süzmək. Birinci və ikinci süzmədən
sonra alınan badam südünü qaynatmaq və zövqə uyğun şəkər qatmaq.
Yeməkdən sonra gündə 3 dəfə 100 ml. içmək.
Yatmazdan qabaq qulağa 5-6 damcı badam yağı damızdırmaq və pambıqla qulağı tıxamaq. Bu müəyyən qədər ağır eşitmədən qoruyur.