Pambıq kolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 627
Səs ver:
(səs: 3)
PAMBIQ KOLU ( Qıvrımpambıq kolu ; Gossypium hirsutum ). Hacı Süleyman İrəvaniyə görə pambıq kolu çiçəklərinin 30 q həlimi ürəkdöyüntüsünü , qadınlarda əsəbilik ( isteriya ) hallarını və narahatlığı aradan qaldırır. Ovxalanmış çiçəklərinin və yarpaqlarının yanmış pambıqla qarışığından hazırlanmış sarğı şişləri sovurur, qaşınmanı aradan qaldırır və yanıqlarda fayda verir. Yarpaqlarının şirəsi ishalın qabağını alır, xüsusilə də 85 q bu şirədən alma həlimi ilə içiləndə daha güclü təsir göstərir. Pambıqkolunun ovxalanmış yarpaqları və qızılgül yağı ilə hazırlanmış kompres yel xəstəliyində öz xeyrini verir. Pambıqdan geyim bədəni möhkəmlədir.  Parkinson və iflic xəstəliklərində istifadə olunur. Pambıq yarpaqlarnın həlimindən vanna əsəbləri, sinir sistemini sakitləşdirir, qadınlarda olan əsəbilik hallarını aradan qaldırır. Zökəm vaxtı qaynadılmış pambıq yarpaqlarının buxarı ilə inqalyasiya etmək xeyirlidir. Pambığın külü qanaxmanın qarşısını alır. Pambıq toxumunun darçınla qarışığı cinsi həvəsi artırır, öskürək və spazmaları aradan qaldırır. Çiçəklərin dozası - 560 q qədər, toxumunun isə - 185 q qədərdir. Bunları «Cəmül - fəvaid» -in ( xvı əsr ) müəllifi qeyd edir. 
İbn Sina yazır ki, pambıq kolunun şirəsi uşaq ishalında xeyirlidir. Tibet həkimləri pambıqkolu toxumlarından şişlərin və burun-udlaq xəstəliklərinin müalicəsi üçün mərhəm hazırlayırlar.
Bolqar alimləri məsləhət görürlər ki, bu bitkinin 1-2 qaşıq toza çevrilmiş və ya kökünün xırdalanmış qabığı üzərinə 1st. qaynar su tökərək soyuqda süzmək və 1 gün ərzində həkim nəzarəti altında içmək lazımdır.
MÜASİR TİBB ELMİ. Pambıqkolu tibbi preparatlar-furasimin,furasil, furadonin və s. hasil etmək üçün istifadə edilir. 
Köklərinin ekstraktı qossipol preparatının tərkibinə daxil olaraq qansaxlayığı təsirə malikdir. Pambıqkolundan hazırlanan preparatları hamiləlik dövründə qəbul etmək olmaz. Toxumlarından alınan yağın tərkibində E vitamini çoxdur və bu yağ cinsi vəzilərin funksiyasının və yağlar mübadiləsinin pozulmasında effektli müalicə edir. Tərkibində qantəzyiqini azaldan komponent vardır.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 627
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri