Xərçəngdən, insultdan və infarktdan qoruyan giləmeyvə

Müəllif: arzum-aysum
Şərhlər: 8
Baxılıb: 3 906
Səs ver:
(səs: 1)
Quşüzümü ən faydalı yabanı giləmeyvə sayılır. Xalq təbabətində quşüzümü çox geniş istifadə olunur.

Bu kiçik qırmızı giləmeyvə müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavonoidlər, katexinlər və antosianlar, efir yağları, pektin, büzücü və s. faydalı maddələr var.

Quşüzümü əsl təbii dərman və vitamin kompleksidir. Onun faydalı xüsusiyyətlərini saymaqla bitməz:

- güclü antioksidant xüsusiyyətlərlə zəngindir, qocalma prosesləri ləngidir

- sinir sistemini sakitləşdirir, gərginliyi, stresi azaldır, yuxunu yaxşılaşdırır, baş ağrılarını müalicə edir

- qanda xolesterinin səviyyəsini aşağı salır

- orqanizmi şlaklardan və toksinlərdən təmizləyir

- soyuqdəymə xəstəlikləri zamanı yaxşı müalicəvi təsir edir

- avitaminozun qarşısını alır

- ürək xəstəlikləri, hipertoniya zamanı faydalıdır, ürəklə bağlı olan ödemləri azaldır, ürək əzələsini möhkəmləndirir

- yaxşı sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini duzlardan və mikroblardan təmizləyir, sistiti müalicə edir

- damarların dərmanıdır - damarları təmizləyir, möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun, insultun və infarktın profilaktikasıdır

- qanda şəkərin səviyyəsini aşağı salır

- onkoloji xəstəliklərin inkişafının qarşısını alır

- orqanizmi tonuslaşdırır.

Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (xora xəstəliyi, mədənin turşuluğunun artması ilə müşayiət olunan qastrit), hipotoniya (aşağı təzyiq) zamanı quşüzümü yemək olmaz.

Quşüzümündən müalicəvi içki resepti:

1 ovuc təzə quşüzümü blenderdə əzilir, üzərinə 1 stəkan isti su əlavə olunur. Dəmləməni qida qəbulundan əvvəl 1/3 stəkan olmaqla qəbul edin (qəbul etdikdən əvvəl qarışdırın). Belə dəmləmə hipertoniya, şəkərli diabet, baş ağrıları, istənilən iltihablar zamanı çox faydalıdır, damarları təmizləyir, orqanizmi möhkəmləndirir, xərçəngin profilaktikasıdır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 906
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri