Milçəktutan bitkisi

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 7 203
Səs ver:
(səs: 2)
Ən az heyvanlar qədər yaxşı “ovlayan” bitkilər də var. Bunlardan “Venüs” adlı bitki üzərində gəzən böcəkləri tutur və bunlarla qidalanır. Bu bitkinin ovlama sistemi belə çalışır: Bitkilərin ətrafında gəzərək özünə yemək axtaran ağcaqanad, birdən birə olduqca cazibədar bir bitki ilə, yəni Milçəktutan bitki ilə qarşılaşır. Çanaq tutmuş əllərə bənzəyən bitkini cazibədarlığı, yarpaqlarının cəlbedici qırmızı rəngi və bu yarpaqların ətrafındakı vəzlərdən ifraz olunan şəkər qoxulu ifrazatıdır. Qoxunun dözülməz cazibəsinə qapılan ağcaqanad çox tərrəddüd etmədən bu maraqlı bitkinin üzərinə qonur. Yemək qaynağına doğru irəliləyərkən bitki üzərindəki zərərsiz görünüşlü tüklərə də istər istəməz toxunur. Qısa müddət sonra bitki birdən bağlanır. Ağcaqanad, qəflətən üzərinə sıx bağlanan bir cüt yarpağın arasında qalır. milcektutan Miçəktutan bitki bir az sonra “ət əridici” mayesini ifraz etməyə başlayacaq və qısa müddət ərzində ağcaqanadı jeleyə çevirəcək, sonra da soraraq həzm edəcək.

Bitkinin ağcaqanadı tutan zaman sürəti son dərəcə təsir edicidir. Bitkinin bağlanma sürəti, insan əlinin maksimum bağlanma sürətindən daha çoxdur (əliniz açıqkən ortasına qonan ağcaqanadı tutmaq istəsəniz, böyük ehtimalla bacara bilməzsiniz, amma bitki bu işi bacarır). Elə isə əzələləri, sümükləri olmayan bir bitki necə olur ki, belə ani bir hərəkət edə bilir? Tədqiqatçılar milçəktutan bitkisinin içində elektrik sistemi olduğunu aşkar etmişlər. Sistem belə işləyir: Bitkinin tükcüklərində ağcaqanadın dəyməsi ilə yaranan mexaniki təsir, tükcüklərin altındakı qəbuledicilərə çatdırılır. Əgər mexaniki itələmə kifayət qədər güclüdürsə, qəbuledicilərdən eynilə bir hovuzdakı dalğalar kimi bütün yarpaq boyu elektrik siqnalları göndəriləcək. Siqnallar yarpaqları ani bir şəkildə hərəkət etdirən mühərrik hüceyrələrə çatır və ağcaqanadı udan mexanizm hərəkətə keçir.

Çiçəyin ovlanma mexanizmini hərəkətə keçirən, yarpaqlarının içəri səthində olan bir neçə tükdür.

Bitkinin xəbərdarlıq sistemi ilə yanaşı yarpaqlarının bağlanmasını təmin edən mexaniki sistem də son dərəcə mükəmməl yaradılmışdır. Bitkinin içindəki hüceyrələr elektrik siqnalları qəbul edən kimi tərkibindəki su tarazlıqlarını dəyişdirir. Yarpaqların meydana gətirdiyi tələnin daxili tərəfindəki hüceyrələr tərkibindəki suyu buraxıb boşalırlar. Bu hadisə havası alınmış bir şarın sönməsinə bənzəyir. Tələnin xaricindəki hüceyrələr isə həddindən artıq su qəbul edərək şişir. Beləliklə, insan qolunu hərəkət etdirmək üçün bir əzələ boşalarkən o birinin sıxılmasına oxşar şəkildə, tələ bağlanır. İçəridə qalan ağcaqanad isə hər çırpınmasında tüklərə dəyərək, elektrik axınının təkrar meydana gəlməsinə və dolayısilə də yarpağın daha möhkəm bağlanmasına səbəb olur. Bu arada tələnin səthindəki həzm vəzləri də xəbərdar edilir. Xəbərdarlıq nəticəsində vəzlər ağcaqanadı yavaşca əridəcək mayeni ifraz etməyə başlayırlar. Beləliklə, bitki zülal baxımından çox zəngin bir şorba halına gələn ağcaqanadın jelesini istifadə edərək bəslənir. Həzmin sonunda isə tələnin bağlanmasını təmin edən mexanizm tərsinə işləyərək tələnin açılmasını təmin edir.

1- Ağcaqanad tükləri titrəyir və reaksiya başlayır; 2- Kimyəvi reaksiyalarla yaranan elektrik xəbərdarlıqları yarpağa yayılır; 3- Və çiçək ağcaqanadı ovlayır.

Bundan başqa sistemin bir maraqlı xüsusiyyəti daha var: Tələnin hərəkətə keçməsi üçün tüklərə üst-üstə iki dəfə toxunulması şərtdir. İlk toxunma elektrik potensialını meydana gətirir, lakin tələ bağlanmır. Tələ ancaq ikinci bir toxunuşla elektrik potensialının müəyyən bir boşalma səviyyəsinə çatması nəticəsində bağlanır. Ağcaqanad tələsi bu cüt hərəkətli mexanizm sayəsində boş yerə bağlanmır. Məsələn, bitkinin içinə bir yağış damlasının düşməsi vəziyyətində tələ hərəkətə keçmir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 7 203
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri