Ən məşhur şəfalı bitki

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 514
Paylaş:
Səs ver:
(səs: 0)
Gicitkən ən faydalı şəfalı bitkilərdən biri sayılır. Ta qədimdən bu bitki müxtəlif xəstəliklər zamanı istifadə olunurdu. İnsanlar inanırdı ki, gicitkən qara güvvələri qovur.

Gicitkən olduqca zəngin kimyəvi tərkibə malikdir. Bu bitkinin tərkibində C, B qrupu, K, E kimi vitaminlər, karotinlər (orqanizmdə A vitamininə çevrilir), dəmir, kalium, mis, sink, maqnezium, kükürd və s. kimi minerallar, orqanik turşular, fitonsidlər və s. faydalı maddələr daxildir.
Gicitkən orqanizmə çox geniş müalicəvi təsir edir - iltihabəleyhinə, ümumi möhkəmləndirici, sidik və öd-qovucu və s. Gicitkən həmçinin xərçəng əleyhinə təsirinə malikdir.

-Gicitkən qanın laxtalanmasını gücləndirir və bu səbəbdən yaralar, xoralar, kəsiklər, daxili qanaxmalar zamanı xeyirlidir. Lakin gicitkənın bu xüsusiyyətini nəzərə alaraq qanı çox qatı olan, varikoz və tromboflebit kimi xəstəliklərdə əziyyət çəkən insanlar gicitkənı qəbul etməməlidir - bu damarlarada trombların əmələ gəlməsinə səbəb ola bilər.

-Gicitkən qanın tərkibinə müsbət təsir edir, qanı təmizləyir. Keçmişdə gicitkənı qanazlığı zamanı müalicəvi vasitə kimi geniş istifadə edirdilər. Müasir alimlər də bu təcrübəni təsdiq edir - gicitkənın müntəzəm qəbulu qanda hemoqlobinin səviyyəsini qaldırır və eritrositlərin sayını artırır.

-Gicitkən ürəyin fəaliyyətinə müsbət təsir edir, immun sistemini gücləndirir, orqanizmə xəstəliklər və əməliyyatlardan sonra daha tez bərpa olmasına kömək edir.

-Gicitkən qanda şəkərin səviyyəsini normallaşdırır və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkən insanlar bu bitkini tez-tez qəbul etməlidir. 1/2 stəkan qatığa 1 xörək qaşığı xırda doğranmış gicitkən əlavə edin və bu qarıçığı hər qida qəbulundan əvvəl için.

-Radikulit, revmatizm, podaqra, əzələ ağrıları zamanı da gicitkən müalicəvi təsir göstərir.

-Gicitkən güclü iltihabəleyhinə təsirə malikdir və bu səbəbdən orqanizmdə müxtəlif iltihabları müalicə edir. Belə ki, gicitkən dəmləməsi (2 xörək qaşığı xırda doğranmış təzə gicitkən + 1 stəkan qaynar su) sidik kisəsi və sidik yolları iltihabları zamanı iltihabəleyhinə və sidikqovucu vasitə kimi istifadə olunur. Boğaz, damaq, ağız boşluğu iltihabları zamanı gicitkən dəmləməsi ilə qarqaralar çox yaxşı müalicəvi effekt verir. Gicitkən həmçinin damaqları möhkəmləndirir.

-Qidalı liflərlə zəngin olan gicitkən həzm prosesləri yaxşılaşdırır, bağırsaqlarda iltihabı azaldır, bağırsaqları şlaklar, toksinlər, ağır metallar, qurdlardan təmizləyir.

-Yazda insan orqanizmi vitamin və mineral çatışmazlığında əziyyət çəkir. Bu zaman təzə gicitkən bizə çox yaxşı kömək edə bilər. Bitkini salatlara, müxtəlif xörəklərə əlavə edin.

-Gicitkən kosmetologiyada da çox geniş istifadə olunur. Kəpək, seboreya, saç tökülməsi, hətta keçəlləşmə zamanı gicitkən çox yaxşı müalicəvi təsir edir. Bunun üçün 100 qr gicitkən götürüb 1 l qaynar suda dəmləyin, 1 saat ərzində saxlayın, süzün və sonra saçlarınızı yuduqdan sonra bu dəmləmə ilə yaxalayın. Bunu 1 ay ərzində müntəzəm olaraq etmək lazımdır. Saçlar daha sağlam və parlaq görünəcək, möhkəmlənəcək.

-İltihabəleyhinə təsirinə malik olan gicitkən müxtəlif dəri problemləri zamanı da çox effektlidir - dərini təmizləyir, iltihabları azaldır. 2 xörək qaşığı gicitkən kökləri 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və bu dəmləmə ilə üz dərisinə islatmalar edin (təmiz tənzifi dəmləmədə isladın və dəriyə qoyun).

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 514
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
lale.veliyeva19
Şampunundan alıb istifadə etmişəm sadəcə
19 sentyabr 2016 16:00
7
Offline
Kölge
Men yuyub goyerti kimi yemeyi de sevirem.ovursan tikani olur yeyirsen
19 sentyabr 2016 15:31
6
Her şeye gore şukur
Offline
Barbaris
bu bitkinii istifade etmemiwem men sac ucun wampunu almiwa tolko
19 sentyabr 2016 11:49
5
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
Gülüş.
Sitat: BARBI
Gicitkan faydali bitkidir.Heyetimizde coxdur.Bu bitkiden sac ucun istifade etmisem.effekt verir

Mende istifade etmisem
19 sentyabr 2016 09:58
4
Offline
vipbetul
faydali melumatdir
19 sentyabr 2016 09:51
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Gicitkan faydali bitkidir.Heyetimizde coxdur.Bu bitkiden sac ucun istifade etmisem.effekt verir
19 sentyabr 2016 09:21
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
krisa
Gicitkan dogrudan da cox müailicevi bitkidir.Calisdigim qeder istifade edirem.
19 sentyabr 2016 08:49
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv