Darçın haqqında

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 526 306
Səs ver:
(səs: 0)
Qanda şəkəri salır. 2 Tip Diyabeti müalicə edir. Tibbi araşdırmalar gündə yalnız yarım çay qaşığı darçının qanda şəkəri nizamladığını göstərmişdir. Darçın insulinə daha təsirlidir, infarkt riskinin azalmasına köməkçi olur.

Ürək Xəstəliklərinə Faydalıdır. Darçın ürək damar sistemini gücləndirir. Onda olan kalsium və lif ürək xəstəliklərinə qarşı bir qoruma təmin edir. Bir az darçın tac damar xəstəliyində və yüksək təzyiqdə köməkçi olar.

Qan Xərçəngi xəstəliyi ilə döyüşür. Araşdırmalar darçının qan xərçəngi və linfa xərçəngində xərçəngli hüceyrələrin bölünməsini azaltdığını göstərmişdir. Darçındaki kalsium və lif kombinasiyası öd ifrazatını artıraraq kolon xərçənginin qarşısını alar.

Diş ağrısı və ağız qoxusunu aradan qaldırır. Darçın ənənəvi olaraq diş ağrısı müalicəsində və ağız qoxusunu aradan qaldıran vasitə olaraq istifadə olunur. Bir neçə çimdik darçını ağızda çeynəyib ya da dəmləyib qarqara olaraq istifadə edilə bilər.

Tənəffüs problemlərini müalicə edir. Darçın qrip üçün çox faydalı bir ev dərmanıdır. Bir çay qaşığı bal və ¼ çay qaşığı darçınla qarışdırıb 3 gün boyunca davamlı olaraq qəbul edilir. Bu resept öskürəyə, soyuq dəymə zamanı yaxşı kömək edir.

Beyin Tonusu zamanı. Darçın beyin fəaliyyətini artırdığından beyin üçün yaxşı bir toniktir. Sinir təzyiqini müalicə edər, yaddaş itkisinin qabağını alar. Araşdırmalar darçını iyləməyin yaddaşa, zehni performansa yaxşı təsir etdiyini, oyanıqlığı və konsentrasiyasını artırdığını göstərmişdir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 526 306
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri